Dünya

İran uranın zənginləşdirilməsindən vaz keçməyəcək – Nazir müavini

“İran uranın dinc məqsədlərlə zənginləşdirilməsindən vaz keçmək niyyətində deyil. Tehran Nüvə Silahlarının Yayılmaması Müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməkdə davam edir və digər dövlətlərin bu məsələdə İranı məhdudlaşdırmaq hüququ yoxdur”. xeberde.az xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvançi Almaniyanın ARD telekanalına deyib. O, həmçinin qeyd edib ki, iyunun 21-dən 22-nə keçən gecə ABŞ […]

Ölkə Sosial

Gecikdirilmiş 137 min manatdan çox vəsait işçilərə ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2025-ci ilin yanvar-may ayları ərzində işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 137 176 manat vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib. Bu barədə xeberde.az-a ƏƏSMN-dən məlumat verilib. Bildirilib ki, görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib. Bu vəsaitin 90 faizə qədəri əməkhaqlarından, […]

Kriminal

Bakıda supermarket işçiləri arasında dava: Müdir işçini ürəyindən bıçaqladı

Bakıda “Grandmart” marketlər şəbəkəsinin əməkdaşları arasında bıçaqlaşma olub. xeberde.az xəbər verir ki, hadisə metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında baş verib. Marketlər şəbəkəsinin satış müdiri Seyid Əli şəbəkənin “WhatsApp” qrupunda marketin mallarının sayında əskik olması barədə məlumat yazıb və nəticədə satış şöbəsinin meneceri Fuadla aralarında mübahisə yaranıb. Mübahisə şəxsi yazışmada daha da qızışıb və şöbə müdiri […]

Cəmiyyət Ölkə

Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.

xeberde.az  xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Qərarla koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2025-ci il 1 oktyabr saat 06:00-dək uzadılıb. Bundan əvvəl həmin müddət 1 iyul saat 06:00-dək olan dövrü əhatə edib.

Cəmiyyət Gündəm

QMİ Məhərrəm ayının başlaması ilə bağlı fətva verdi

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Məhərrəm ayının başlaması ilə bağlı fətva verib. xeberde.az  xəbər verir ki, idarənin bu barədə yaydığı məlumatda nəzərə çatdırılıb ki, Şamaxı Astrofizika Rəsədxanasının rəsmi hesablamalarına görə Hicri-qəməri təqvimi ilə 1446-cı il başa çatır, yeni 1447-ci ilin başlanğıcının – Məhərrəm ayının 1-inin Miladi təqvimlə 2025-ci il iyun ayının 26-na təsadüf etməsi gözlənilir. […]

Cəmiyyət Təhsil

Bakıda 2 213 məzuna fərqlənmə attestatı verilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin 2 213 məzunu tam orta təhsil səviyyəsi üzrə məktəbi fərqlənmə attestatı ilə bitirib. Bu barədə xeberde.az-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, tam orta təhsil haqqında fərqlənmə attestatı tam orta təhsil səviyyəsində oxuduğu müddətdə bütün fənlərdən attestata yazılan illik (yekun) qiymətləri 5 (beş) olan və buraxılış imtahanlarında hər […]

Bölgə Gündəm

Prezident Yevlaxa getdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. xeberde.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Tədbirlər

Qərbi Azərbaycan İcmasının Suraxanı rayon nümayəndəliyində tədbir keçirilib – FOTOLAR

İxdiyar Nəcəfov: “Qüdrətli Azərbaycan dövləti soydaşlarımızın həmin torpaqlara qayıdışını daim gündəmdə saxlayır” Qərbi Azərbaycan İcmasının Suraxanı rayon nümayəndəliyinin təşkilatçılığı ilə növbəti tədbir keçirilib. Qaraçuxur bələdiyyəsinin inzibati binasında baş tutan tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şirin canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.Tədbiri giriş sözü […]

Ölkə Sosial

“Sumqayıt Hospital”ın həkimi Elçin Yaqubovdan şikayət: “Ayaq vətərlərimi kəsib…”

“Sumqayıt Hospital”da çalışan ortoped-travmatoloq Elçin Yaqubov məni artıq iki ildən çoxdur ki, şikəst vəziyyətə salıb”. Ölkə.Az xəbər verir ki, bu fikirləri Qaynarinfo-ya 1961-ci il təvəllüdlü Quliyeva Püstəxanım Hümbətəli qızı bildirib. Onun sözlərinə görə, əməliyyat İcbari Tibbi Sığorta çərçivəsində aparılsa da, xəstəxana pasiyentin yaxınlarından əlavə olaraq 3500 manat pul alıb. Püstəxanım Quliyeva 18 aprel 2023-cü il […]

Cəmiyyət

Quş qripi xəstəliyinə qarşı monitorinqin nəticələri AÇIQLANDI

2025-ci il mayın 19-23-də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə quş qripi xəstəliyinə qarşı keçirilmiş epizootoloji monitorinqin nəticələri açıqlanıb. xeberde.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb. Məlumata əsasən, monitorinq zamanı 65 baş müxtəlif növ vəhşi quşdan diaqnostik nümunələr götürülüb. Bundan əlavə, 23 sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisəsində […]