Başına torba keçirilən qadınla bağlı RƏSMİ AÇIQLAMA

Gədəbəydə 74 yaşlı qadına qarşı törədilmiş zorakılıq və quldurluq cinayəti üzrə bir nəfər saxlanılıb xeberde.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə bəyanat yayıb.  Mayın 24-də Gədəbəy rayonu, Kəlaman kənd sakini, 1951-ci il təvəllüdlü qadının zorakılığa məruz qalması və ona qarşı quldurluq edilməsi faktı üzrə Gədəbəy rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə […]

Nazirlik əməkdaşı iş başında faciəli şəkildə öldü

Fövqəladə Hallar Nazirliyinin əməkdaşı anbar soyuducusunun müayinəsi zamanı faciəli şəkildə ölüb. xeberde.az-ın məlumatına görə, hadisə Biləsuvar rayonunun Arazbarı kəndi ərazisindəki saxlama kamerasında baş verib. FHN-in “Azərdövlətsənayelayihə” Dövlət layihə institutunun əməkdaşları kənd təsərrüfatı məhsullarının saxlanılması üçün nəzərdə tutulan soyuducu kamerada müayinə-yoxlama tədbirləri həyata keçirib. Yoxlama zamanı saxlama kamerasının tavan atmalarını müayinə etmək lazım olub. Əməkdaşların xahişi ilə […]

Qətlə görə həbs edilən qazi ilə bağlı yeni detallar – FOTO

Lerik rayon rayon polis şöbəsi və prokurorluq və əməkdaşlarının birgə fəaliyyəti nəticəsində mayın 31-də itkin düşmüş Lerik şəhər sakini, 1990-cı il təvəllüdlü Şahin Şərifovun qəsdən öldürülməsi müəyyən edilib. xeberde.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb. Birgə həyata keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 1991-ci il təvəllüdlü Elşən Ağayevin […]

Adil Əliyev Araz Musayevin iddialarına cavab verdi

Türkiyənin Antalya şəhərində bıçaqlanan Muay-Tay Federasiyasının sədri Araz Musayev baş verən hadisə ilə bağlı danışarkən Suranaxı rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin adını çəkib. xeberde.az xəbər verir ki, yaydığı videoaçıqlamada Araz Musayev iddia edir ki, onu vurduran icra başçısıdır. “Məni Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin tapşırığı ilə bıçaqlayıblar. Aramızda olan problem isə işlə […]

Bıçaqladığı sevgilisini evdə müalicə etmək istədi

Bakıda sevgilisini bıçaqlayan kişi tutulub. xeberde.az xəbər verir ki, hadisə iyunun 2-də saat 21 radələrində qeydə alınıb. 1993-cü il təvəllüdlü R.Səfərov Nizami rayonunda kirayə yaşadıqları evdə sevgilisi M.Abbaszadəyə bıçaqla xəsarət yetirib. Döş qəfəsindən daxilə nüfuz edən ağır xəsarət alan qadın R.Səfərovun istəyi ilə həkimə müraciət etməyib. Birgə razılığa əsasən, həkimə müraciət etmədən kişi M.Abbaszadəyə mənzildə tibbi […]

Vəzifədə olarkən ölən məmurlar – Virus, dəm qazı, qəza… – FOTO

İstər ölkəmizdə, istərsə də dünyada vəzifəli şəxslərin həyatı hər zaman diqqət mərkəzində olub – onların uğurları, istefaları, şəxsi seçimləri və bəzən də qəfil gedişləri. Bu da yarımçıq planlar, masa üzərində açıq qalmış sənədlər və geridə qalan xatirələr deməkdir… Azərbaycanda bir sıra dövlət məmurları-nazirlər və müavinləri, rektorlar, eyni zamanda millət vəkilləri vəzifəsini icra etdiyi müddətdə vəfat […]

Qurban bayramınız mübarək!

Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur. xeberde.az xəbər verir ki, Qurban bayramı bütün müsəlman aləmində hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır. Bu il müvafiq tarix miladi təqvimlə iyunun 6-na təsadüf edir. Bu gün ölkənin bütün məscidlərində bayram namazı qılınacaq. Bayram namazı Bakıda Əjdərbəy məscidində saat 08.00, Təzəpir məscidində isə 09.00-a təyin […]

Azərbaycan bu gün təkcə regionda deyil, eləcə də dünyada əsas enerji ixracatçısı kimi tanınır

Regionun aparıcı sənaye tədbiri olan və hər il qlobal enerji liderlərini bir araya gətirən “Baku Energy Week” 30-cu dəfə fəaliyyətə başlayır. Təşkil edildiyi illər ərzində “Baku Energy Week” həm regional, həm də beynəlxalq səviyyədə etibarlı enerji platforması kimi formalaşaraq, qlobal və gözlənilən tədbirlər təqvimində mühüm hadisələrdən biri olub. Builki yubiley tədbiri Azərbaycanın enerji potensialına artan […]

Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanların SİYAHISI

Bu il Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq. xeberde.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Qeyd olunub ki, 135 məntəqədən 77-də həm kəsim, həm satış, 30-da qurbanlıq heyvanların yalnız satışı, 28-də isə yalnız heyvan kəsimi xidmətləri təklif olunacaq. […]

“Sherlock”da hesab üstündə dava – Xanım müştəri həbs edildi

Bakı şəhəri Nizami rayonu Şirin Mirzəyev küçəsində yerləşən “Sherlock Music Pub” iaşə obyektində insident baş verib. xeberde.az-ın məlumatına görə, gecə saat 00:30 radələrində restoranda bir qrup müştəri arasında dava-dalaş düşüb. Belə ki, sərxoş halda olan gənc qadın digər masada əyləşən şəxsi uca səslə söyməyə başlayıb, səs-küy salaraq obyektin fəaliyyətini pozub. Hadisə yerinə Nizami RPİ-nin 25-ci […]