Azərbaycanda 1 aprel 2026-cı ildən etibarən elektron siqaretlərlə bağlı sərt qadağa qüvvəyə minib. Qanuna görə, elektron siqaretlərin ölkəyə idxalı, ixracı, istehsalı, saxlanılması, satışı və istifadəsi qadağan olunub. Bununla yanaşı, ictimai yerlərdə elektron siqaret istifadə edən şəxslər 30 manat məbləğində cərimə oluna bilər. Lakin qanunun tətbiqi ilə bağlı yeni bir problem ortaya çıxıb – elektron siqaretlərlə […]
Author: VUQAR FERZELIYEV
“Qara qızıl”ın qızıl dövrü: Azərbaycan neftinin qiyməti rekord həddə çatır
Yaxın Şərqdə alovlanan müharibə və Hörmüz boğazındakı gərginlik qlobal enerji bazarlarını silkələməkdə davam edir; bu vəziyyətdən ən çox qazanan isə Azərbaycanın strateji xammalı olub. xeberde.az xəbər verir ki, bu gün — 3 aprel 2026-cı il tarixində dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 10,89 dollar və ya 8,33% artaraq 141,68 dollara yüksəlib. Bu […]
Milli Müdafiə Universitetinə sənəd qəbulu davam edir
Milli Müdafiə Universiteti xüsusi təyinatlı təhsil müəssisələrinə sənəd qəbulu davam edir. xeberde.az xəbər verir ki, Müdafiə Nazirliyinin Milli Müdafiə Universiteti cari ilin 31 may tarixinədək Heydər Əliyev adına Hərbi İnstituta, Hərbi Tibb Fakültəsinə, Bakı və Naxçıvan Hərbi Kolleclərinə, Heydər Əliyev adına və Cəmşid Naxçıvanski adına Hərbi Liseylərinə elektron sənəd qəbulu davam edir. Azərbaycan Respublikasının vətəndaşları istənilən […]
Hərbi təhsil almaq istəyənlərin NƏZƏRİNƏ:Nazirlik elan etdi -Mayın 31-dək…
Müdafiə Nazirliyinin Milli Müdafiə Universiteti cari il mayın 31-dək Heydər Əliyev adına Hərbi İnstituta, Hərbi tibb fakültəsinə, Bakı və Naxçıvan Hərbi kolleclərinə, Heydər Əliyev adına və Cəmşid Naxçıvanski adına Hərbi liseylərə elektron sənəd qəbulunu davam etdirir. Bu barədə xeberde.az-a Milli Müdafiə Universitetindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikasının vətəndaşları istənilən bölgədən mmu.edu.az saytının “Təhsil müəssisələrinə qəbul” […]
Azərbaycanda elektrik nəqliyyatı üçün yeni qaydalar hazırlanır
Azərbaycanda ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması istiqamətində qanunvericilik bazasının təkmilləşdirilməsi nəzərdə tutulur. xeberde.az-ın məlumatına görə, bu çərçivədə energetika sahəsində tətbiq edilən normativ hüquqi aktlara dəyişikliklərlə bağlı təkliflərin hazırlanması planlaşdırılır. Məqsəd tənzimləyici və inzibati məhdudiyyətlərin aradan qaldırılması, elektrik nəqliyyatının istifadəsi üçün daha əlverişli mühitin formalaşdırılmasıdır. Eyni zamanda, elektrikdoldurma infrastrukturunun inkişafı istiqamətində də addımlar atılır. […]
Çiyələyi yumağın doğru yolu: bilmədiyiniz vacib detallar
Çiyələk ölkəmizdə çox sevilən meyvələrdən biridir. xeberde.az xəbər verir ki, bu meyvə dadlı olmaqla yanaşı, sağlamlıq üçün də faydalıdır. Buna görə də bir çox insan “çiyələk necə düzgün yuyulmalıdır?” sualına cavab axtarır. Bəziləri onu duzlu suda, bəziləri isə sirkəli suda saxlamağı məsləhət görür. Çiyələk həm duzla, həm də sirkə ilə yuyula bilər. Amma düzgün üsula əməl […]
İlyas Hüseynov yüksək vəzifəyə təyin EDİLDİ
Türk Dünyası Araşdırmalar Mərkəzinə rəhbər təyinatı olub. xeberde.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının əmri ilə politoloq İlyas Hüseynov Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri vəzifəsinə təyin edilib. İlyas Hüseynov Bakı Slavyan Universitetində Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsində bakalavr, Bakı Avrasiya Universitetində Regionşünaslıq və iqtisadiyyat fakültəsinin regionşünaslıq ixtisası […]
Valideynlərə xəbərdarlıq: uşaq travmaları niyə ağır sınıqlara çevrilir? – Səhiyyə Nazirliyinin mütəxəssisi cavab verir
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun travmatoloq-ortopedi Nuşrəvan Şahverdiyev ən çox rast gəlinən travmaları, əlamətləri və müalicə yollarını izah edir. -Doktor, uşaq travmalarının ən çox görülən növləri hansılardır? – Uşaq travmaları psixoloji, emosional, fiziki ola və uşağın gələcək inkişafına təsir edə bilər. Travmatoloq olaraq biz bu gün fiziki travmalardan danışacağıq. Fiziki travmalar müxtəlif səbəblərdən […]
Əli Əsədov qərar imzaladı – Bu yol ödənişli olacaq
Yeni tikilən 81,7 kilometrlik Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsi ödənişli olur. xeberde.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, ödənişli avtomobil yolunun başlanğıc və son nöqtələri belədir: – başlanğıc nöqtəsi: M–6 Hacıqabul–Bəhramtəpə–Mincivan avtomobil yolunun 157-ci kilometri; – son nöqtəsi: Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun (Zəfər yolu) 100,5-ci kilometri. Ödənişli avtomobil […]
İranda rekord səfərbərlik: 7 milyon nəfər müharibəyə könüllü yazıldı
ABŞ və İsrailin İrana qarşı bir aydan artıqdır davam edən hərbi əməliyyatları fonunda ölkədə diqqətçəkən proses baş verib. xeberde.az xəbər verir ki, “Can Fəda” adlı platforma üzərindən İranın müdafiəsi üçün könüllü səfərbərlik elan olunub. Məlumata görə, artıq 7 milyondan çox şəxs könüllü şəkildə qeydiyyatdan keçərək müharibəyə qoşulmaq istədiyini bildirib. Bu göstərici son illər üçün rekord […]










