İdman

“Qarabağ” üç futbolçusu ilə vidalaşdı

Qarabağ FK üç futbolçusu – Emmanuel Addai, Ramil Şeydayev və Sami Mmae ilə yollarını ayırıb. xeberde.az xəbər verir ki, bu barədə Ağdam klubunun sosial şəbəkə hesabında paylaşım edilib. Klubdan bildirilib ki, müqavilə müddəti başa çatan Emmanuel Addai və Ramil Şeydayevlə əməkdaşlığa son qoyulub. Ötən mövsümü “Qarabağ”da icarə əsasında keçirən müdafiəçi Sami Mmae isə müqavilə ilə məxsus olduğu […]

Dünya Kriminal

Türkiyədə bələdiyyə sədri GÜLLƏLƏNDİ

Türkiyənin Muğla vilayətinin Fethiye rayonunun bələdiyyə sədri Alim Karacaya qarşı silahlı hücum təşkil edilib. xeberde.az “Haber Global”a istinadla xəbər verir ki, ayağından yaralanan bələdiyyə sədri təcili olaraq xəstəxanaya çatdırılıb. İlkin məlumatlara görə, A. Karaca hələlik məlum olmayan səbəbdən silahlı hücuma məruz qalıb. Hüquq-mühafizə orqanları hadisə ilə bağlı genişmiqyaslı araşdırmalara başlayıb.

Mədəniyyət

“Vəzifədən çıxanda adama salam da vermirlər”

Xalq artisti Nəzakət Teymurova sənət yolunda etdiyi fədakarlıqlardan danışıb. “Gün ortası” verilişində qonaq olan sənətçi bu yolda çətinliklər yaşasa da, peşman olmadığını deyib: “Sənət üçün fədakarlıqlarım çox olub. Buna görə peşman deyiləm. Allah hər kəsə bir qismət, tale yazıb. Məni də Allah bu sənət yolunda görüb. Bizim sənətimiz çox gözəldir. Elə ifaçılarımız var ki, sənətimizi yüngülləşdirir. Amma […]

Sosial

Təkrar əlillik təyin edilmiş 60 mindən çox şəxsə 37,1 mln. manat ödənilib

Əlillik müddəti bitəndən sonrakı 6 ay ərzində təkrar əlillik təyin edilmiş 60 mindən çox şəxsə 37,1 mln. manat ödənilib. Bu barədə xeberde.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, qeyd edilən aralıq dövr üzrə də şəxsə əlilliyə görə sosial ödəniş verilir. Ötən dövrdə 60 mindən çox şəxs həmin ödənişlərlə təmin olunub. Onlara […]

Cəmiyyət

Azərbaycanda sayğaclar BU CÜR OLACAQ

Hazırda əsasən mexaniki və smart tipli sayğaclardan istifadə olunur. Mövcud sayğacların əksəriyyətinin istismar müddəti başa çatıb. xeberde.az xəbər verir ki, bunu APA-ya müsahibəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini İlham Bayramov deyib. İ.Bayramovun sözlərinə görə, texniki pasportlara əsasən onların istifadə müddəti təxminən 10 il nəzərdə tutulsa da, hazırda 12-15 il istifadə olunan sayğaclar mövcuddur: “Smart […]

Araşdırma

Diyetoloq tam taxıl çörəyinin gizli təhlükələrini açıqladı

Sağlam məhsul kimi maskalanmış mağazadan alınmış tam taxıl çörəyinin tərkibində tez-tez rafinə edilmiş un, şəkər və konservantlar olur ki, bu da onu adi ağ çörəkdən daha zərərli edir. Bunu qidalanma üzrə məşqçi Olqa Yablokova deyib. Ekspertin sözlərinə görə, əsl tam taxıl məhsulları lif, vitamin və mikroelementlərlə zəngindir. Lakin mağazalarda tez-tez tərkibində rafinə edilmiş yağlar, şəkər […]

Şou-Biznes

Elza Seyidcahan oxucularını təhqir etdi

“Azərbaycan tamaşaçısı mənim qeyri-adiliklərimə hazır deyildi. Amma çox sevinirəm ki, onları əhilləşdirdim. Deyirlər, heyvanı əhilləşdirəndən sonra sirkdə onunla ünsiyyətdə ola bilərsən. Yəni heyvan səni parçalaya da bilər. Əhilləşdirirsən, səni parçalamır”. xeberde.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan deyib. Müğənni şeirlərini tənqid edənlərdən danışıb: “Mən isə vəhşi oxucuların içinə girə bildim. Onlar məni […]

Siyasət

Azərbaycan Xalq Cümhuriyyətindən müasir Zəfər tarixinə

Azərbaycan xalqı uzun illər ərzində müxtəlif imperiyaların hökmranlığı altında yaşasa da, heç vaxt azadlıq arzularından əl çəkməmiş, milli kimliyini, dilini, dinini və mədəniyyətini qorumaq uğrunda böyük mübarizə aparmışdır. “Bir gün azad yaşamaq, yüz il əsarətdə qalmaqdan yaxşıdır” deyimi əsrlər boyu azərbaycanlıların milli düşüncəsində, azadlıq amalında və istiqlal mübarizəsində xüsusi yer tutmuşdur. Bu fikir xalqımızın azadlıq […]