Mədəniyyət

Kənanın “Qayıdış”ı xaricə satılan ilk serial oldu

Tanınmış rejissor Kənan MM-in lentə aldığı “Qayıdış” serialı xaricə satılıb. xeberde.az xəbər verir ki, Xəzər Media Mərkəzinin Azərbaycanda istehsal etdiyi ekran işi Qazaxıstan və Özbəkistanda yayımlanacaq. Qazaxıstanda serial “Qfilm”, “BeeTV”, “Alma+”,”TV+”, “Tele2”, “Unico Play” platformalarında, həmçinin Koktem kanalında mövcud olan Qazaqsha kitabxanasına daxil edilib. Serial qazax və rus dillərində yayımlanacaq. Həmçinin 18 seriya artıq özbək […]

Siyasət

To Lam Azərbaycana gəldi

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam mayın 7-də Azərbaycan Respublikasına dövlət səfərə gəlib. xeberde.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamı və xanımı No Fon Lini hava limanında Azərbaycan […]

İqtisadiyyat

8 saatdan çox işləyənlərin maaşları artacaq

Azərbaycanda əmək münasibətlərində yeni mərhələyə keçid müzakirə olunur: saatlıq minimum əməkhaqqı sisteminin tətbiqi artıq rəsmi səviyyədə gündəmdədir. Bu dəyişiklik Əmək Məcəlləsinə nəzərdə tutulan bir sıra islahatlardan biridir və hazırda aidiyyəti qurumlarla razılaşdırma mərhələsindədir. Lakin bu təşəbbüs hələ qəbul edilmədən geniş ictimai və ekspert müzakirələrinə səbəb olub. Bu sistemin tətbiqi əmək bazarını necə dəyişəcək, vətəndaşlara və […]

manset Siyasət

Prezident fərman imzaladı

Yanacaqdoldurma obyektlərinin fəaliyyəti lisenziya tələb olunan fəaliyyət növünə aid ediləcək. xeberde.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlara edilən dəyişikliklərdə əksini tapıb. Bu fəaliyyət növünə lisenziya verilərkən lisenziyanın verildiyi tarixdən 30 gün müddətində lisenziya sahibi ilə lisenziya verən orqan arasında lisenziya müqaviləsinin bağlanması tələbi, əks […]

Şou-Biznes

Eks-gəlininin hədiyyəsi Əməkdar artistin xoşuna gəlmədi – Fotolar

Xəbər verdiyimiz kimi, Əməkdar artist Mətanət İsgəndərli solo konsert verib. Gecədə keçmiş gəlini və nəvələri müğənnini tək qoymayıb. Keçmiş gəlini Canana M.İsgəndərliyə hədiyyə gətirib. Şəkildə Canana özü, keçmiş həyat yoldaşı Kərim və övladları yer alıb. Bu isə ifaçının xoşuna gəlməyib. Canana hədiyyəni açıq formada ona təqdim edib. O isə şəkli üzüstə qoyaraq görünməsini istəməyib. 

Dünya Hadisə

Baş nazir aldığı hədiyyəyə görə HƏBS OLUNA BİLƏR

Polşa baş naziri Donald Tusk barəsində hədiyyəni qanunlara uyğun şəkildə qeydiyyata almadığı üçün cinayət işi başlana bilər. xeberde.az  xəbər verir ki, bu barədə “Rzeczpospolita” qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Polşa baş nazirinə nadir tarixi əşya – 1745-ci ildə Polşa kansleri Andjey Zaluski tərəfindən Osmanlı imperiyasının böyük vəzirinə yazılmış məktubu […]

Hadisə

SON DƏQİQƏ! Serbiya Prezidentinin təyyarəsi Bakıda məcburi ENİŞ ETDİ

Moskvaya səfərə yola düşən Serbiya Prezidenti Aleksandar Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etmək məcburiyyətində qalıb. Bu barədə Serbiya mediası məlumat yayıb. Məlumata görə, Vuçiçin təyyarəsi Ukraynadakı müharibə və Rusiyanın hava məkanındakı hərbi əməliyyatlar səbəbindən Azərbaycanda məcburi eniş etmək məcburiyyətində qalıb. Qeyd edək ki, Vuçiç 9 May münasibətilə Qırmızı meydanda Qələbənin 80 illiyinə həsr edilmiş hərbi […]

Siyasət

ABŞ səfirinin Bakıda boş qalan kürsüsü

Səfir təyinatının gecikməsi bu dəfə nə ilə bağlıdır? ABŞ-ın Azərbaycandakı səfiri postu artıq 5 aya yaxındır ki, boşdur. Yada salaq ki, Mark Libbi yanvar ayında səhhətində olan problemlərlə əlaqədar istefa verib. Hələlik ABŞ-ın Azərbaycanda səfiri yoxdur. Əvvəllər ABŞ Azərbaycana səfir təyinatını müxtəlif səbəblərdən gecikdirib. Məsələn, Mark Libbinin təyinatına qədər 1 ildən çox Azərbaycandakı səfirlik  başsız […]

Siyasət

Ceyhun Bayramov İraqa GETDİ

7 may 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İraq Respublikasına rəsmi səfərə yola düşüb. Bu barədə xeberde.az-a XİN-dən məlumat verilib. Qeyd olunub ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun İraq Respublikasının baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn ilə görüşünün, habelə digər yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır.

Dünya Hadisə

Ukrayna Rusiyada yeganə olan strateji əhəmiyyətli zavodu vurdu

Ötən gecə Rusiya ərazisi yenidən Ukrayna tərəfindən kütləvi dron hücumuna məruz qalıb. Paytaxt Moskva da daxil olmaqla, çoxsaylı ərazilərdə dron zərbələrinə qarşı Hava hücumundan müdafiə elan edilib. xeberde.az  yerli mətbuata istinadən xəbər verir ki, hücuma məruz qalan ərazilərdən biri də Mordoviyada yerləşən Saransk şəhəridir. Mordoviya rəhbəri Artem Zdunovun verdiyi məlumata görə, Saranskda dron təhlükəsi elan […]