12 noyabr 2025-ci ildə Azərbaycan Prezidenti cənab İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edib. Prezident qəbul vaxtı onlara böyük etimad göstərildiyini söyləyib və bir sıra tövsiyələr və tapşırıqlar verib: “Siz öz işinizlə, əməyinizlə qarşıda duran vəzifələrin icrası üçün səylərinizi əsirgəməyəcəksiniz. Əlbəttə ki, böyük məsuliyyət […]
Author: VUQAR FERZELIYEV
Ruhi Əliyeva “Dünya Göz”ə məlumat vermədən klinikanı öz şirkətinə partnyor kimi təqdim edir / FOTO
Xəbər verdiyimiz kimi, “Dünya Göz Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətinin (Dünya Göz klinikası) dövlətə vergi borcu yarım milyon manatı ötüb – 589 736,69 AZN. Həmçinin məlumat vermişdik ki, sözügedən klinika iş xanımı, sabiq müğənni Ruhi Əliyevanın rəhbəri olduğu “Liatris Holding”in partnyorudur. Xeberde.az xəbər verir ki, Məsələ ilə bağlı 32gun.az-a “Dünya Göz” klinikasından rəsmi açıqlama daxil olub.Açıqlamada bildirilir: […]
Şabranın icra başçısı 2 yerli sakini məhkəməyə verdi- Arpanı alıb, pulunu vermir
Şabran rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynovun rayon məhkəməsinə xüsusi ittiham qaydasında şikayət təqdim edib. xeberde.az xəbər verir ki, icra başçısı rayonun Uzunboyad kənd sakinləri Səbirə Vəliyeva və oğlu Vüsal Muradovun barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayətində, hər iki şəxsin qeyd olunan maddələrin sanksiyası həddində azadlıqdan məhrum edilməsini […]
Millimizin iki sabiq üzvü futboldan uzaqlaşdırıldı
Azərbaycan millisinin daha iki keçmiş futbolçusu Emre Kaplan və Murat Cem Akpınar müəyyən müddətə futboldan uzaqlaşdırıblar. xeberde.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.Onların adları mərc oyunlarında hallandığı üçün 45 günlük futboldan diskvalifikasiya ediliblər. Emre Kaplan Azərbaycanın U-19, U-21, Murat Cem Akpınar isə U-17 millisində forma geyiniblər. Qeyd edək ki, Azərbaycanın əsas millisinin […]
Azərbaycanın İstanbulda açacağı məktəbin yeri təsdiqlənib – Nazir
“Azərbaycanın Türkiyədə qurmağı planlaşdırdığı beynəlxalq məktəb üçün ayrılacaq ərazinin rəsmi təsdiq prosesi tamamlanıb. Prezidentlərimiz Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin görüşündən sonra Türkiyənin Qarabağda bir məktəb inşa etməsi barədə razılıq əldə olunduğunu da qeyd etmək istərdim. Bu çərçivədə Ağdamda və ya uyğun görüləcək digər bir yerdə məktəb inşa edəcəyik”. xeberde.az xəbər verir ki, bu fikirləri Türkiyənin […]
Paşinyandan Qarabağla bağlı maraqlı etiraf
Ermənistan Qarabağ məsələsində illərlə konkret bir ölkənin təsiri altında qalıb. xeberde.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxış edərkən bildirib. Paşinyanın sözlərinə görə, 2018–2022-ci illərdə Ermənistan ordusunun sosial-psixoloji vəziyyəti və düşüncə sistemi xarici təsirlərin altında formalaşıb: “Ermənistan Qarabağ məsələsində konkret bir ölkənin cibində idi. 2018, 2019, 2020, 2021 və hətta […]
Azərbaycanda leysan gözlənilir
Azərbaycanın rayonlarında noyabrın 14-ü axşamdan 15-i gündüzədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.xeberde.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumat verilib. Əsasən şərq rayonlarında yağıntının qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.
“Gözəllik salonunda administratoram” – Rəqsanənin qızı
Müğənni Rəqsanə İsmayılovanın kiçik qızı, müğənni Yağmur salonda işə başlayıb. xeberde.az xəbər verir ki, o bu haqda sosial media hesabında yazıb: “Artıq bir ildən çoxdur ki, administrator kimi çalışıram. Anam da işimi bilirdi və bununla fəxr edirdi, çünki mən öz istəyimlə işləməyə qərar vermişdim. Hazırda mən gözəllik salonunda baş administratoram. Bu yerə heç kimin köməyi olmadan, […]
“Real” stadionunun adını və loqosunu DƏYİŞDİ – FOTO
Madrid təmsilçisi “Real Madrid” ev stadionunun yeni adını və loqotipini ictimaiyyətə təqdim edib. Stadion bundan sonra sadəcə “Bernabeu” adlanacaq. Yeni loqotipdə şaquli lentlə kəsişən dörd paralel xəttdən ibarət stadion silueti əks olunub. Klub rəhbərliyi ad dəyişikliyinin korporativ və marketinq məqsədləri daşıdığını bildirib.
İlkinin adından dələduzluq edildi
Aparıcı İlkin Həsəninin adından dələduzluq edilib. xeberde.az xəbər verir ki, aparıcı fotosunun kazino oyunlarında istifarə edildiyini bildirib. “Kimdirsə “deepfake” metodunu yeni öyrənir. Video və fotolarımdan istifadə edib, onlayn kazino reklamları hazırlayırlar. Ağıllı insanlar sadəcə gülüb keçir, yerdə qalanlar isə kazino “reklamı”nı edənləri söyür” deyə, İlkin əlavə edib.










