Azərbaycanın görkəmli ziyalısı, tanınmış memar, onlarla tarixi-mədəni abidənin bərpasında əvəzsiz xidmətləri olan Prezident təqaüdçüsü, dövlət qulluqçusu Arif Bəylər oğlu Əzizov vəfat edib. xeberde.az xəbər verir ki, görkəmli memar ötən gün 80 yaşında dünyasını dəyişib. Yaxınları onun vəfatı ilə əlaqədar başsağlığı verib, ruhuna ehtiramlarını ifadə ediblər. Ömrünü Vətənə, xalqına və mədəni irsimizə həsr etmiş Arif Əzizovun […]
Author: VUQAR FERZELIYEV
Çimərliklərdə hava necədir?
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. xeberde.az milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, bu gün çimərliklərdə şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq.
Rusiyada milyarder həbs edildi
Rusiyada İT milyarderi və “IBS” şirkətinin həmtəsisçisi Sergey Matsotski xüsusilə böyük miqyasda rüşvət işi üzrə Basmannı məhkəməsi tərəfindən qiyabi olaraq həbs edilib. xeberde.az xəbər verir ki, bu barədə “Baza” “Telegram” kanalı məlumat verib. Məlumata görə, o, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 291-ci maddəsinin 5-ci hissəsi (“Xüsusilə külli miqdarda rüşvət vermək”) ilə ittiham olunur və buna görə […]
Maşınını xadimələrə yudurdan direktor işdən çıxarıldı
Texniki işçilərə maşınını yudurdan Bakı şəhəri 240 nömrəli tam orta məktəbin direktoru Esmira Məmmədova işdən çıxarılıb. xeberde.az xəbər verir ki, bu haqda “Trend” məlumat yayıb. Məlumatı Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyindən saytımıza təsdiqləyiblər. Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə direktor və direktor müavininə məxsus nəqliyyat vasitələrinin məktəb ərazisində məktəbin xadimələri tərəfindən […]
Kruiz gəmisində təhlükə: 140-dan çox şəxs infeksiyaya yoluxdu
ABŞ-nin Los-Anceles şəhərindən Meksikaya üzən kruiz gəmisində 140-dan çox insan mədə-bağırsaq infeksiyasına yoluxub. xeberde.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat verib. Məlumata görə, Los-Ancelesdən Meksikaya bir həftə davam edən kruiz zamanı “Navigator of Seas” gəmisinin göyərtəsində olan yeddi ekipaj üzvü və 134 sərnişin qusma, mədə spazmları və ishal kimi simptomlardan şikayət ediblər. […]
III Şuşa Qlobal Media Forumu iştirakçıları Füzulidə
Milli mətbuatımızın 150 illiyi münasibətilə Şuşa şəhərində keçiriləcək “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” adlı Qlobal Forumun iştirakçılarının Azərbaycanın mədəniyyət paytaxtına səfəri başlayıb. xeberde.az xəbər verir ki, forum iştirakçıları təyyarə ilə Füzuli Beynəlxalq Hava Limanına gəliblər. Qeyd edək ki, 3-cü Şuşa Qlobal Media Forumunda 52 ölkədən 140-a yaxın xarici qonağın, o cümlədən […]
Suriyda ölənlərin sayı 700-ü ötdü
Suriyanın Suveyda əyalətində azı 718 nəfər həlak olub. xeberde.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb. Böyük Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu bazar günündən indiyədək 146 druz döyüşçüsü və 245 mülki vətəndaşın öldürüldüyünü, onlardan 165-nin müdafiə və daxili işlər nazirliklərinin əməkdaşları tərəfindən edam edildiyini bildirib. Həmçinin qeyd olunub ki, İsrailin hava hücumları nəticəsində daha 15 əsgər həlak olub. […]
Ramiz Məlikov dəfn edilib
Müdafiə Nazirliyinin Mətbuat xidmətinin sabiq rəisi, şair Ramiz Məlikov (Ramiz Duyğun) dəfn edilib. xeberde.az xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri, dostları və Müdafiə Nazirliyinin əməkdaşları iştirak ediblər. Mərasimdə fəxri qarovul tərəfindən yaylım atəşi açılıb. Ramiz Məlikov “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb. Qeyd edək ki, o, bu gün səhər saatlarında 87 yaşında vəfat edib.
Bakıda çəyirtkələrin artması ilə bağlı – Rəsmi cavab
Son günlər Bakı sakinləri xoşagəlməz mənzərə ilə üz-üzə qalıblar. xeberde.az xəbər verir ki, şəhərin müxtəlif ərazilərində, xüsusilə də fərdi yaşayış evlərinin həyətləri və çoxmərtəbəli binaların eyvanlarında kütləvi şəkildə çəyirtkələr peyda olub. Sakinlər bu vəziyyətdən narahatlıq keçirirlər. Məsələ ilə bağlı Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin rəisi Ceyhun İbrahimov bildirib ki, həyətyanı sahələrdə çəyirtkələrin […]
Bu il orduda qəsdən adam öldürmə cinayəti qeydə alınmayıb
2025-ci ilin birinci yarımilində qəsdən adam öldürmə və qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri qeydə alınmayıb. xeberde.az xəbər verir ki, bunu Hərbi prokuror Bəhruz Əhmədov Hərbi Prokurorluqda keçirilən geniş Kollegiya iclasında bildirib. O qeyd edib ki, cinayət işlərinin başlanmasının qanuniliyinə və əsaslılığına xüsusi diqqət yetirilməsi, icraatda olan işlər üzrə bütün halların hərtərəfli, tam və obyektiv […]










