2025-ci ildə Ukraynada doğum sayı xvıı-ci əsrin sonlarından (1690-cı illər) bəri ən aşağı səviyyəyə çatıb. xeberde.az xəbər verir ki, ölkədə ötən il 168 778 uşaq doğlub, 485 296 nəfər isə ölüb. Ölkə 1 il ərzində 316 518 nəfər azalıb. Müharibə şəraitində Ukraynanın xroniki demoqrafik böhranı daha da pisləşməkdə davam edir.
Author: Xeberal.az
Kamran Əsədov məhkəmə zalında həbs olundu
İmtahanlara qanunsuz texniki vasitə keçirməklə ittiham edilən təhsil eksperti Kamran Əsədov həbs edilib. Bu barədə Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub. Kamran Əsədov məhkəmə zalında həbs olunub.
Cəlilabadda 20 Yanvar faciəsinin 36-cı ildönümü qeyd edilib
Azərbaycan xalqının tarixinə qanlı yanvar faciəsi kimi daxil olan 20 yanvar faciəsindən 36 il keçməsinə baxmayaraq, xalq hər il bu faciə qurbanlarının xatirəsini yad etməyi özünün müqəddəs borcu hesab edir.20 yanvar faciəsi xalqımızın yaddaşında hüzn və kədər, qürur və qəhrəmanlıq səhifəsi kimi qalıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhidlərin qanı ilə Azərbaycanın yeni […]
Cəlilabad rayonunda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib
Cəlilabad rayonunda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev, Millət vəkilləri Malik Həsənov, Elman Nəsirov, YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatlarının […]
Yeni dünya reallıqları və Azərbaycanın strateji mövqeyi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20 yanvar 2026-cı ildə Davosda “Euronews” televiziyasına verdiyi müsahibə müasir beynəlxalq münasibətlər sistemində baş verən fundamental dəyişikliklər fonunda Azərbaycanın tutduğu prinsipial mövqeni və formalaşdırdığı uğurlu strateji xətti bir daha aydın şəkildə ortaya qoydu. Dövlət başçısının fikirləri həm qlobal siyasi reallıqların düzgün təhlili, həm də milli maraqlara əsaslanan praqmatik siyasətin […]
Cənubi Qafqazda sülh yaradan Azərbaycan bu dəfə Yaxın Şərqdə
“Azərbaycan ABŞ prezidenti Donald Trampın Sülh Şurasına üzvlük təklifini qəbul edib. Bu Şura Qəzza ilə bağlı sülh, dialoq və humanitar təşəbbüslərlə məşğul olan bir platforma olacaq. Bu platforma çərçivəsində fəaliyyət qarşıdurmanın azalmasına və qarşılıqlı anlaşmanın artmasına yönələcək”. Bu fikirləri xeberde.az-a Milli Məclisin deputatı Nigar Məmmədova bildirib. Deputatın sözlərinə görə, Azərbaycanın növbəti dəfə sülhyaratma missiyasına töhfəsi ilk növbədə ölkəmizin […]
Aylarla xəbərdarlıq edildi, tədbir görülmədi: Sabunçu–Nizami yolunda təhlükəli mənzərə – VİDEOREPORTAJ
xeberde.az 2025-ci ilin noyabrında Sabunçu rayonu, Yavər Əliyev küçəsindən Nizami rayonuna gedən istiqamətdə yaranmış ciddi problemi ictimailəşdirmişdi. Bildirilmişdi ki, bir neçə yolun kəsişdiyi bu nöqtədə yağış suları aylarla çəkilmir və nəqliyyat üçün real təhlükə yaranır. Aradan aylar keçməsinə baxmayaraq, vəziyyət dəyişməyib, əksinə, problem daha da dərinləşib. Hazırda ərazi bataqlığı xatırladır. Küçə çirkab və yağış suları ilə dolub, […]
Tramp Makronu ələ saldı
ABŞ prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makronu ələ salıb. xeberde.az xəbər verir ki, Davosda çıxış edən Tramp gözləri qızardığı üçün mavi gün eynəyindən istifadə edən Makronla bağlı bunları deyib: “Emmanuel Makron — dünən onu o dəbdəbəli günəş eynəyində izlədim. Nə baş verdi axı? Onun sərt olmağa çalışdığını izlədim. Əslində, mən onu sevirəm. İnanmaq çətindir, elə […]
Qara görə dərslər dayandırılacaq? – RƏSMİ CAVAB
Son günlər ölkə ərazisində müşahidə edilən qarlı hava şəraiti ilə əlaqədar ucqar dağlıq kəndlərdə yerləşən bir sıra məktəblərdə şagirdlərin davamiyyətində fasilələr müşahidə edilir. Bu barədə xeberde.az-ın sorğusuna cavab olaraq MÜTDA-dan məlumat verilib. Bildirilib ki, bəzi ərazilərdə yolların buz bağlaması, eləcə də nəqliyyat vasitələrinin hərəkətinin nisbətən çətinləşməsi səbəbindən şagirdlərin və pedaqoji kollektivin təhlükəsizliyinin təmin edilməsi prioritetdir. Bu […]
Sabah bu ərazilərdə qaz olmayacaq – Xəbərdarlıq
Sabah paytaxtın bir sıra ərazilərində qaz kəsiləcək. xeberde.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonu, Qobustan qəsəbəsində qaz xətlərinin yerinin dəyişdirilməsi, Yasamal rayonu, M.Şərifzadə küçəsində yeraltı qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması məqsədilə 22.01.2026-cı il saat 10:00-dan etibarən bəzi ərazilərin qaz təchizatı dayandırılacaq.










