“Paytaxtın şimal istiqamətində yerləşən bir sıra yaşayış məntəqələri, xüsusilə də 1990-cı illərdən sonra özbaşına məskunlaşdırılan ərazilər uzun illərdir ekoloji problemlərlə üz-üzədir. Bu ərazilərdə insanlar vaxtilə torpaq sahələrini zəbt edərək bələdiyyələrlə razılaşma əsasında evlər tikib və nəticədə bu yaşayış yerlərində kanalizasiya sistemləri qurulmadan formalaşıb. Yaranan çirkab sular birbaşa dənizə axıdılıb və bu da Xəzər dənizində ciddi […]
Author: VUQAR FERZELIYEV
“Məhkəmə qərarı olmadan evlər sökülür – Bakıda yeni “Melissa Group” qalmaqalı” – VİDEO
Bakıda qanunsuz və “vandal söküntü” işlərinin qarşısını almaq artıq ciddi problemə çevrilib. xeberde.az-ın məlumatına görə, bu ilin martında “Melissa Group” şirkətinin Yasamalda sakinlərin yaşadığı mülkü heç bir hüquqi əsas olmadan sökməsindən sonra oxşar hadisələr dəfələrlə “Kubinka”da təkrarlanıb. Bu gün, iyulun 28-də “Vialon” tikinti şirkəti Ağadadaş Qurbanov dalan 1, ev 2 ünvanında yerləşən yaşayış evini sökməyə […]
65 yaşlı fəhlə faciəvi şəkildə öldü
Binəqədi rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. xeberde.az xəbər verir ki, hadisə iyulun 26-sı saat 18 radələrində Rəsulzadə qəsəbəsində tikilən çoxmərtəbəli binada qeydə alınıb. Tikintidə fəhlə işləyən Bakı şəhər sakini 1960-cı il təvəllüdlü Mahmudov Çingiz Mustafa oğlu hündürlükdən yıxılaraq ölüb. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.
Bacısını boğaraq öldürən qardaşa hökm oxundu
Bakıda bacısını qəsdən öldürməkdə ittiham edilən Təbriz Qasımovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. xeberde.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, təqsirləndirilən şəxsin 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Təbriz Qasımov 15 il müddətinə […]
Hicab taxıb bədənşəkilləndirmə əməliyyatı etdirmək günahdır – Nigar Camal
“Avroviziya” qalibimiz Nigar Camalla Əməkdar artist Fərqanə Qasımova arasında qalmaqal yaşanıb. xeberde.az xəbər verir ki, buna səbəb Fərqanə Qasımovanın “Dream Fest”ə qara bodi ilə qatılan Nigar Camalı tənqid etməsi olub. Belə ki, muğam ifaçısı Nigarın bodili fotosuna “Türk qardaşlarımız demişkən, kəsmə yollarla önə getmək, əlbəttə, çok rahatdır” şərhini yazıb. N. Camal isə öz instaqram hesabında F.Qasımovanın […]
Yevlaxda 63 yaşlı kişi həmkəndlisini qətlə yetirdi
Yevlaxda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub. Yevlax rayon prokurorluğundan xeberde.az-a verilən məlumata görə, iyulun 27-də Yevlax rayonunun Çənlibel qəsəbəsi ərazisində qəsdən adam öldürülməsinə dair rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 1962-ci il təvəllüdlü İlham Mirzəyevin rayonun Çənlibel qəsəbəsində bıçaqla həmkəndlisi 1978-ci il təvəllüdlü Habil Kərimova xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. […]
Nazir 28 nəfər müharibə iştirakçısını polisə işə götürdü
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyulun 28-də respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib. xeberde.az xəbər verir ki, Bakı şəhərində keçirilən sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 214 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, […]
Azad edilmiş ərazilərdə daha 61 mina aşkarlandı
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra edilən minatəmizləmə əməliyyatlarına dair həftəlik məlumatı açıqlayıb. ANAMA-dan xeberde.az-a verilən məlumata görə, iyulun 21-dən 27-dək Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 46, tank əleyhinə 15 mina və 1097 partlamamış hərbi sursat […]
Dövlətə, Elmə və Cəmiyyətə xidmət yolunda
Əgər bir insanın ömrü onun cəmiyyətə, dövlətə və elmə verdiyi töhfələrlə ölçülürsə, bu zaman Fərid Mustafayevin keçdiyi yol nümunəvi bir həyat hekayəsi kimi dəyərləndirilə bilər. 39 illik həyat yolu boyunca o, yalnızca fərdi inkişafla kifayətlənməyərək, eyni zamanda Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, elmi düşüncənin yayılması, gənclərin maarifləndirilməsi və milli-mənəvi dəyərlərin qorunması istiqamətində çoxşaxəli və səmərəli fəaliyyət göstərmişdir.Fərid […]
“OBA market”in kassiri buna görə öldürülübmüş…
Sabunçu rayonunda yeniyetmənin törətdiyi qətl hadisəsi ilə bağlı məhkəmə araşdırması başa çatıb. xeberde.az istintaq materiallarına əsasən hadisənin təfərrüatını təqdim edir. Cinayət hadisəsi bu ilin payızında baş verib. 17 yaşlı Elcan Süleymanov özündən 3 yaş böyük Xəyal Nağıyevi bıçaqlayaraq öldürüb. Tərəflər arasındakı mübahisə isə 50 qəpiyə görə başlayıb. Belə ki, Xəyal Ramana qəsəbəsində “Oba Market”də kassir […]










