Fransanın cənubundakı Od departamentində cəmi bir gündə 16 min hektar ərazini əhatə edən meşə yanğını ölkədə son 76 ilin ən böyük yanğınıdır. xeberde.az-ın xəbərinə görə, bunu jurnalistlərə hökumət başçısı Fransua Bayru ilə birlikdə regiona gələn respublikanın daxili işlər naziri Bruno Retayo deyib. “Bu yanğın nəticəsində 1949-cu ildən bəri ən çox hektar meşə sahəsi yanıb”, – […]
Author: VUQAR FERZELIYEV
Tramp: Putin məni aldadır, yoxsa yox – cavabı… –
xeberde.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp jurnalistlərin Vladimir Putinlə bağlı sualına maraqlı cavab verib. Jurnalist Trampdan soruşub ki, Putin sizi aldatmağa çalışır, yoxsa yox, bunu necə başa düşəcəksiniz? Tramp isə bildirib ki, hələlik bu suala cavab vermək mümkün deyil. “Bu barədə bir neçə həftə sonra, bəlkə daha tez sizə məlumat verəcəyəm”, – deyə […]
Tərdən saralmış geyimləri qar kimi ağardır – Bir qaşıq bəs edir
Ağ rəngli geyimlər qarderobumuzun ən sadə və şıq parçalarındandır. Lakin zaman keçdikcə, xüsusilə qolaltı və yaxa bölgələrində əmələ gələn tər ləkələri geyimlərin saralmasına və solğun görünməsinə səbəb olur. xeberde.az bildirir ki, lent.az-ın xarici mediaya istinadla məlumatına görə, bu isə həm estetik cəhətdən narahatlıq yarada bilər, həm də geyimlərin ömrünü qısalda bilər. Xoşbəxtlikdən, bahalı yuyucu vasitələrə və […]
“Qəbələ” İdman Klubunda YENİ TƏYİNAT
“Qəbələ” İdman Klubunda yeni təyinat gerçəkləşib. Klubdan xeberde.az-a verilən məlumata görə, Elnur Məmmədli komandanın Mətbuat Xidmətinin rəhbəri təyin edilib. O, 2023-2025-ci illərdə AFFA-nın Mətbuat Xidmətinin rəhbəri vəzifəsini tutub. Məmmədli idman jurnalistikasında karyerasına ötən əsrin sonlarında başlayıb. O, bu illər ərzində müxtəlif televiziya kanallarında idman şərhçisi kimi çalışıb, həmçinin qəzet və saytlarda fəaliyyət göstərib.
Ağ Evdən “Putin Trampı istəyir” açıqlaması – RƏSMİ
xeberde.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp ətrafında diplomatik fəallıq getdikcə artır. Ağ Evin mətbuat katibi Karolin Levit bu gün rəsmi bəyanatla çıxış edərək, Rusiya prezidenti Vladimir Putinin Trampla görüşmək istədiyini rəsmi şəkildə təsdiqləyib. “Rusiya tərəfi prezident Trampla görüşmək istədiyini bildirib. O isə həm prezident Putin, həm də prezident Zelenski ilə görüşə açıqdır”, – […]
Hərbi Prokurorluqda yeni idarə yaradıldı: Rəis təyin edildi
Azərbaycan Respublikası Hərbi Prokurorluğunda aparılan struktur islahatları çərçivəsində yeni idarə və şöbələr yaradılıb. xeberde.az-ın əldə etdiyi məlumata görə, islahatlar çərçivəsində Hərbi prokurorluqlarda istintaqa nəzarət idarəsi təsis edilib. Baş prokuror Kamran Əliyevin əmri ilə Gəncə hərbi prokuroru ədliyyə polkovniki Şöhrət Qazaxəli oğlu Qəhrəmanov tutduğu vəzifədən azad olunub. Digər əmrlə Ş.Qəhrəmanov Hərbi prokurorluqlarda istintaqa nəzarət idarəsinin rəisi […]
Bu “Dubay” şokoladları geri çağırılır
Britaniyanın Qida Standartları Agentliyi (FSA) son vaxtlar populyarlaşan Dubay üslubunda şokoladlar istehsal edən “Noesis”, “Fıx it” və “Le Damas Dubai” şokolad məhsullarının geri çağırılması barədə qərar çıxarıb. xeberde.az xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb. Məlumata görə, buna səbəb həmin şokoladların tərkibində arxa etiketlərində göstərilməyən qoz-fındığın olmasıdır. Qida Standartları Agentliyi həm istehlakçılara, […]
Gecə yarısı tez-tez oyanmağın əsas səbəbi aşkarlanıb – Nevroloqdan tövsiyələr
Gecə yuxudan tez-tez oyanmaq problemi bir çox insanı narahat edir. xeberde.az xəbər verir ki, bu vəziyyətin səbəbləri ilə bağlı nevroloq Stella Maris Valensi açıqlama verib. Onun sözlərinə görə, belə halların əsas səbəblərindən biri ağır stress və sinir gərginliyidir. Mütəxəssis bildirir ki, stres yuxu üçün həyati əhəmiyyət daşıyan hormonların səviyyəsini azaldır və bu, kabusların yaranmasına və […]
Kəlbəcərdə hərbçilərin minaya düşməsi barədə RƏSMİ AÇIQLAMA
Baş Prokurorluq da Kəlbəcərdəki mina partlayışı barədə məlumat yayıb. xeberde.az-ın məlumatına görə, Qurumdan bildirilir ki, avqustun 5-də Kəlbəcər rayonu ərazisində Azərbaycan Ordusunun 5 hərbi qulluqçusunun mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları faktı üzrə Kəlbəcər hərbi prokurorluğunda araşdırma aparılır.
Xaçmazda pomidor dolu yük maşını aşdı
Xaçmazda bazara pomidor daşıyan “Qazel” markalı yük avtomobili aşıb. xeberde.az xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Qaradağ Buduq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Yük avtomobili idarəetmənin itirilməsi nəticəsində yolun hərəkət hissəsində aşıb. Qəza nəticəsində xəsarət alan olmasa da, 3 tondan çox pomidor yola dağılıb. Aşan yük maşını kran vasitəsilə yoldan kənarlaşdırılıb və digər […]










