Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin fəaliyyət planına uyğun olaraq, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində olan iki ümumi təhsil müəssisəsində mühüm struktur dəyişiklikləri həyata keçirilib. xeberde.az xəbər verir ki, Gəncə şəhər S.Vurğun adına 41 nömrəli ümumtəhsil məktəbi humanitar və təbiət fənləri təmayüllü lisey statusu alıb. Göygöl şəhər texniki və təbiət fənləri təmayüllü lisey isə fəaliyyətini […]
Author: VUQAR FERZELIYEV
Çinlilər xüsusi kosmik aparatla Ayın səthinə eniblər
Çin içərisində insan olan ilk Aya eniş aparatının sınaq uçuşunu uğurla başa çatdırdığını açıqlayıb. xeberde.az Çinin xəbər agentliyinə istinadla xəbər verir ki, sınaq ölkənin şimalındakı Hebey əyalətinin Huailai qraflığında yerləşən meydançada həyata keçirilib. Məlumata görə, bu uğurlu sınaq Çinin müvafiq proqramında mühüm mərhələni təşkil edir. Bu, ölkənin ilk dəfə olaraq içərisində insan olan kosmik gəmisinin Ay […]
Sərnişinlərin nəzərinə! – Bir sıra reyslər ləğv edilir
Bakı-Keşlə sahəsində dəmiryol infrastrukturunda aparılan təmir işləri ilə əlaqədar olaraq, avqustun 8-də Abşeron dairəvi dəmir yolu marşrutu üzrə səhər və axşam saatlarına təyin olunan bəzi reyslər ləğv edilir. Bu barədə xeberde.az “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir. Belə ki, saat 07:20-də Bakı–Xırdalan–Sumqayıt, 08:30-da Bakı–Xırdalan, 08:00-da Xırdalan–Bakı qatarı, saat 06:25-də Bakı–Pirşağı–Sumqayıt (ekspres) və saat 07:28-də Sumqayıt–Xırdalan–Bakı […]
Bakıda məşhur restoranda nöqsanlar aşkarlandı
Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, ev 5 ünvanında fəaliyyət göstərən fiziki şəxs Heydərov Faiq Mənsim oğluna məxsus “İzmir” restoranında plandankənar yoxlama keçirilib. xeberde.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatdan keçmədən fəaliyyət göstərdiyi, işçilərin tibbi müayinədən keçirilmədiyi, heyvan mənşəli […]
Mərkəzi Parkda böyük süni göl yaradılacaq
Hazırda Mərkəzi parkın ərazisi təxminən 36 hektar təşkil etsə də, parka metronun “Nizami” stansiyasının ətrafında 21 hektara yaxın ərazi də əlavə olunacaq. xeberde.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Ramiz İdrisoğlu deyib. Onun sözlərinə görə, metronun “Nizami” stansiyası ətrafında yerləşən təxminən 21 hektar sahə parkın əvvəlki hissələrinə birləşdirilərək vahid […]
Siyasətçi qadınları inəklərlə müqayisə etdi, tənqid olundu
Malayziyada qadınları inəklərlə müqayisə edən siyasətçi geniş ictimai qınağa məruz qalıb. xeberde.az xəbər verir ki, bu barədə “South China Morning Post” (SCMP) nəşri məlumat yayıb. İslam yönümlü PAS Partiyasının üzvü Məhəmməd Salman Əl-Farisi “Facebook”da şəxsi təsərrüfatına məxsus inəyin fotosunu paylaşaraq, qadınların rəhbər vəzifələrə təyin olunmasına qarşı olduğunu izah etməyə çalışıb. Lakin onun paylaşımı ciddi qəzəblə […]
Üç bürcə tezliklə arzularını yerinə yetirmək şansı veriləcək
Avqustun 5-dən etibarən üç bürc üçün müsbət dəyişikliklər dövrü başlayıb. Oğlaq bürcünə keçən Ay özü ilə sabitlik, inam və daxili dəstək hissi gətirir. xeberde.az bildirir ki, bu gün dönüş nöqtəsi ola bilər – xüsusən də uzun müddət davamlı nəticələrə can atan və ən yaxşıya inamını itirməyənlər üçün. Əkizlər Ayın Oğlaq bürcündə mövqeyi sizə sabitləşdirici təsir […]
Çində asma körpünün uçması nəticəsində 5 nəfər ölüb
Çinin şimal-qərbində yerləşən Sintszyan-Uyğur Muxtar Rayonunda asma körpünün uçması nəticəsində 5 nəfər ölüb, 24 nəfər yaralanıb. xeberde.az xəbər verir ki, bu barədə “Sinhua” agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb. “İli-Qazax Muxtar Dairəsinin Çjaosu mahalının Syata rayonunda asma körpüdə kabel qırılıb, nəticədə körpünün döşəməsindəki tarazlıq pozulub, o bir tərəfə əyilib və 29 nəfər körpüdən yıxılıb, […]
Hər yaşlı insan bu sağlamlıq testlərindən mütləq keçməlidir
Rusiyalı nefroloq Danila Pırikov yaşlı insanlar üçün vacib sayılan tibbi analizlər barədə danışıb. xeberde.az xəbər verir ki, o, bu barədə şəxsi YouTube kanalında çıxış edərək hər bir yaşlı insanın mütləq şəkildə bir neçə əsas analiz verməli olduğunu bildirib. Mütəxəssisin sözlərinə görə ilk növbədə lipid profili üzrə qan analizi vermək vacibdir. Çünki təkcə ümumi xolesterin səviyyəsini […]
Çimərliklərdə uşaqlar arasında infeksiya yayılıb? – Rəsmi
Sosial media resurslarında Abşeron Rayon Mərkəzi Xəstəxanasının Uşaq şöbəsində çimərliklərdən gətirilən azyaşlılarda bağırsaq infeksiyası hallarında artım müşahidə olunduğu və bir uşağın bu səbəbdən vəfat etdiyi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. xeberde.az xəbər verir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. “Sözügedən şöbəyə edilən müraciətlər epidemioloji xarakter daşımır, kütləvi yoluxma qeydə alınmayıb və […]










