Ölkə Region Siyasət

Ermənistanın Vaşinqton öhdəlikləri – Ağrı dağından imtina ilk addımdır 

Ağrı dağının (ermənicə-Ararat) təsviri Ermənistan Respublikasına giriş və çıxış üçün vurulan sərhəd nişanından götürüləcək. Hökumətin qərarı ilə noyabrın 1-dən etibarən Ermənistanın sərhəd ştampında Ağrı dağı təsvir olunmayacaq. “Biz Ermənistan Respublikasına qarşı yanlış şərhlərin qarşısını almaq üçün bütün addımları atırıq. Simvollar, möhürlər və digər rəsmi elementlər yalnız dövlətçilik prinsipinə əsaslanmalıdır. Qonşu ölkələrlə münasibətlərimizdə Almatı Bəyannaməsinə əsaslanırıq […]

Dünya Siyasət

Lavrovdan təhlükəli bəyanat

Rusiya tədricən “dost olmayan ölkələr” anlayışından uzaqlaşır. xeberde.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Intervision” beynəlxalq musiqi müsabiqəsinə hazırlıqla bağlı mətbuat konfransında bildirib. “Biz yavaş-yavaş “dost olmayan ölkələr” terminindən uzaqlaşırıq, baxmayaraq ki, qanunvericilikdə qalır. Prezident də Vladivostokda çıxışı zamanı vurğuladı ki, bizdə “dost olmayan ölkələr” yoxdur, sadəcə Rusiya Federasiyasına qarşı […]

Dünya

TDT ölkələri Baş nazirlərinin iclası keçiriləcək

Sentyabrın 18-də Qırğızıstanın paytaxtında Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçıları və vitse-prezidentlərinin iclası keçiriləcək. Tədbirdə Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistanın hökumət başçıları, Türkiyənin vitse-prezidenti və TDT-nin Baş katibi iştirak edəcəklər. xeberde.az xəbər verir ki, iclasda iqtisadiyyat, ticarət, investisiya, nəqliyyat, rəqəmsallaşma, enerji, kənd təsərrüfatı və digər sektorlar üzrə əməkdaşlığın prioritet istiqamətləri müzakirə olunacaq. Türk dünyası […]

AKTUAL Cəmiyyət

Ölkədə dərman xərcləri bu səbəbdən kəskin artıb

Bu ilin ilk 8 ayında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 40,4 milyard manatlıq, o cümlədən 22,2 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 18,2 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2024-cü ilin yanvar-avqust ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3 faiz, qeyri-ərzaq malları […]

Bölgə Gündəm manset Siyasət

İlham Əliyevlə Nəhyan Şuşa məscidindəki tikinti ilə tanış olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan sentyabrın 16-da Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar. xeberde.az xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə həyata keçirilən işlər barədə məlumat verdi. Qeyd edək ki, təməli 2021-ci ildə Prezident İlham […]

Hadisə

Bakıda motosiklet qaçırdılar

Binəqədi rayonunda bir nəfərə məxsus dəyəri 2000 manat olan motosikletin oğurlanması barədə polisə məlumat daxil olub. xeberde.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən üç nəfər- 28 yaşlı R.Rzayev, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 40 yaşlı M.Cəfərov saxlanılıblar. Qaradağ rayonu Lökbatan qəsəbəsindəki evlərin birindən isə mobil telefon, şəxsiyyət vəsiqəsi və […]

manset Siyasət

Din adından siyasi məqsədlər üçün sui-istifadə olunur

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Astana Qurultayı və BMT Sivilizasiyalar Alyansının dini məkanların qorunması üzrə birgə xüsusi sessiyasında çıxış edib. xeberde.az xəbər verir ki, tədbir Dünya və Ənənəvi Dinlərin Liderlərinin VIII Qurultayı çərçivəsində təşkil olunub. Qafqaz Müsəlmanları İdarəsinin sədri bildirib ki, Sivilizasiyalar Alyansı və Astana qurultayları iki onillikdən artıq müddətdə bəşəriyyət naminə dialoqu […]

İncəsənət manset

“Zeynəb Xanlarovadan dəvət gözləyirəm, çağırsa, gedəcəyəm”

“Zeynəb Xanlarovanın nəvəsinə toy edəcəyini mən də eşitmişəm. Amma hələ məni toya dəvət etməyib”. xeberde.az xəbər verir ki, bunu Azərbaycanın tanınmış qoşanağara ustası Sadıq Zərbəliyev deyib. Xalq artisti bildirib ki, 1975-ci ildən bu günə qədər birgə çalışdığı sənət yoldaşı Zeynəb Xanlarovadan toya dəvət gözləyir: “Zeynəb Xanlarova nəvəsinin toyuna məni çağırsa, gedib iştirak edəcəyəm”. Qeyd edək ki, […]

Dünya

44 ölkədən gələn fəallar İsrailə meydan oxuyur: Qəzza üçün dəniz yürüşü başladı

44-dən çox ölkədən yüzlərlə fəal və siyasətçidən ibarət “Qlobal Sumud Donanması” (Global Sumud Flotilla) Aralıq dənizində İsrailin Qəzzaya tətbiq etdiyi blokadanı yarmaq məqsədilə missiyasını davam etdirir. xeberde.az  xəbər verir ki, donanmanın tərkibində insan haqları müdafiəçiləri, həkimlər, hüquqşünaslar, din xadimləri, incəsənət nümayəndələri və Avropa Parlamentinin deputatları da var. Onlar Qəzzaya əsasən qida, dərman, tibbi ləvazimat və […]