Düz iki il bundan əvvəl bu dəqiqələrdə Azərbaycan ordusu dövlət suverenliyinin bərpası üçün lokal antiterror əməliyyatına başlayıb. xeberde.az xatırladır ki, Müdafiə Nazirliyi sentyabrın 19-u saat 11:45 radələrində Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin Rusiya Sülhməramlı Kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində olan Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulduğunu, nəticədə […]
Author: Xeberal.az
Xətlənmə yoxdur amma cərimə yazılır – Sürücülər şikayətçidir – VİDEO
Paytaxtın Nizami rayonu Naxçıvanski küçəsində “Azparkinq” tərəfindən təşkil edilən parklanma yeri sürücülərin narazılığına səbəb olub. xeberde.az xəbər verir ki, “8-ci kilometr bazarı”nın yanındakı ərazidən video çəkərək sosial şəbəkədə paylaşan şikayətçi orada parklanma yerini göstərən xətlənmənin olmadığını bildirib. Sürücünün sözlərinə görə, bir qədər kənarda parklanmaya dair nişanı tapa bilib. Lakin bu nişan ağacların arasında olduğundan onu tapmaq […]
Çoxlarının ciddiyə almadığı bu əlamət əslində xəbərdarlıqdır – Açıqlama
İnsanların yarıdan çoxu həyatında ən azı bir dəfə göz quruluğu simptomları ilə qarşılaşıb, lakin hər beş nəfərdən yalnız biri həkimə müraciət edir. xeberde.az xəbər verir ki, bu barədə məlumat Avropada keçirilən ESCRS Konqresində açıqlanıb. Mütəxəssislər bildirirlər ki, çoxları bu problemi yaşlanmanın təbii hissəsi kimi qəbul edir və illərlə müalicəni təxirə salır. Nəticədə xəstələrin üçdə birində şikayətlər […]
Azərbaycanda yas mərasimləri üçün də dəvətnamələr hazırlanır – VİDEO
Artıq yas mərasimləri üçün də xüsusi dəvətnamələr hazırlanır. Əvvəllər insanlar əsasən xoş günlərini paylaşmaq münasibətilə qonaqlara dəvətnamə göndərirdilərsə, indi kədərli anlarında da yanlarında olmaqlarını istədikləri adamlara dəvətnamə göndərirlər. xeberde.az xəbər verir ki, şəhər sakinləri bu halla bir neçə dəfə qarşılaşdıqlarını və xoş qarşılamadıqlarını bildiriblər. Sosioloq Rəşad Əsgərov deyir ki, cəmiyyətdə bu tendensiya birmənalı olaraq qarşılanmasa […]
20 Sentyabr – Dövlət Suverenliyi Günüdür
Suveren dövlət – beynəlxalq hüquqda ali hakimiyyəti təmsil edən, öz dövlətinin daxili və xarici siyasətində tamamilə müstəqil olan, başqa dövlətin hakimiyyətindən asılı olmayan və hansısa bir coğrafi ərazidə suverenliyi olan dövlət deməkdir. Beynəlxalq hüquq suveren dövlətləri daimi əhaliyə sahib olmaqla, müəyyən bir ərazisi olmaqla, ali və tək hökuməti olmaqla və digər suveren dövlətlərlə münasibət qurmağa […]
Dörd şəhərin, bir bayramın və yeni bir gələcəyin hekayəsi
Artıq ikinci ildir ki, sentyabrın 20-də Azərbaycan vətəndaşları Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günləri qeyd edilir. Prezident İlham Əliyevin 2024-cü il 18 sentyabr tarixli Sərəncamı ilə təsis edilən bu əlamətdar gün, 30 illik işğal dövrünə son qoyan və minlərlə şəhidin qanı bahasına qazanılan Zəfərin simvoludur. Bu, təkcə bir bayram deyil, Azərbaycan xalqının iradəsinin, birliyinin […]
23 saatlıq antiterror əməliyyatı suverenliyimizi tam bərqərar etdi
2023-cü ilin mart ayında Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri Şuşa istiqamətində təxribatlar törətdi, aprel və may ayında isə şərti dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutuldu. 2023-cü ilin sentyabrın 19-da Ermənistan silahlı birləşmələrinin Qarabağda törətdikləri terror aktı Azərbaycana qarşı aparılan məqsədyönlü və planlı terror siyasətinin davamı idi. […]
Şimşək çaxacaq, leysan yağacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 16-dan 17-nə keçən gecə, 17-də arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Azərbaycanın rayonlarında isə sentyabrın 16-sı axşamdan 21-dək fasilələrlə yağış yağacağı, şimşək çaxacağı, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü […]
Ali Məhkəmənin hakimi təqaüdə yola salındı
Ali Məhkəmənin hakimi Tahir Kazımov təqaüdə yola salınıb. Bu barədə xeberde.az-a Ali Məhkəmədən məlumat verilib. Bu gün Ali Məhkəmənin Cinayət kollegiyasının hakimi Tahir Kazımovun təqaüdə yola salınması münasibətilə tədbir keçirilib. Bildirilib ki, tədbirdə çıxış edən Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Tahir Kazımovun uzun illər hüquq-mühafizə orqanlarında çalışdığını, 2017-ci ildən isə Ali Məhkəmədə hakimlik […]
Ermənistanın Vaşinqton öhdəlikləri – Ağrı dağından imtina ilk addımdır
Ağrı dağının (ermənicə-Ararat) təsviri Ermənistan Respublikasına giriş və çıxış üçün vurulan sərhəd nişanından götürüləcək. Hökumətin qərarı ilə noyabrın 1-dən etibarən Ermənistanın sərhəd ştampında Ağrı dağı təsvir olunmayacaq. “Biz Ermənistan Respublikasına qarşı yanlış şərhlərin qarşısını almaq üçün bütün addımları atırıq. Simvollar, möhürlər və digər rəsmi elementlər yalnız dövlətçilik prinsipinə əsaslanmalıdır. Qonşu ölkələrlə münasibətlərimizdə Almatı Bəyannaməsinə əsaslanırıq […]










