Hər bir dövlətin inkişafını təmin edən ən vacib amillərdən biri liderlik fenomenidir. Tarixi təcrübədən də aydındır ki, siyasi liderin nüfuzu, təsir qüvvəsi onun ölkə daxilində, xalq arasında populyarlığından asılıdır. Liderin rəhbərliyi dövründə sosial, iqtisadi və siyasi sahədə apardığı işlərin nəticələrinə görə insanların müəyyən rəyləri formalaşır. Bu kontekstdə Azərbaycan təcrübəsi də cəlbedici nümunə kimi diqqət çəkir. […]
Author: VUQAR FERZELIYEV
Sabit və artan inkişaf dinamikası
Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda tədbir təşkil olunub. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tədbirdə iştirak edib. Dövlətimizin başçısı moderator Adebayo Oqunlesinin suallarını cavablandırıb.. Qeyd olunub ki, Azərbaycan Respublikası […]
27 Sentyabr – Anım Günü
Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətmişdir.Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olmuş, yüz nəfərdən artıq hərbi qulluqçumuz itkin düşmüş, min nəfərdən artıq hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirmişdir. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və […]
Şanlı Qələbə ilə bitmiş 44 günlük Vətən müharibəsi
Ermənistanın Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız […]
Sülhsevər və tolerant Azərbaycan xalqının “səbir kasasına” son qoymuş hərbi təxribat.
Azərbaycan xalqı tarix boyu sülhə, əmin-amanlığa, qarşılıqlı hörmətə və birgəyaşayış prinsiplərinə böyük dəyər verib. Azərbaycanın ictimai-mədəni həyatında tolerantlıq və multikulturalizm ənənələri mühüm yer tutur. Müxtəlif dini və etnik mənsubiyyətə malik insanların əsrlər boyu ölkəmizdə dinc yanaşı yaşaması Azərbaycan cəmiyyətinin xarakterik xüsusiyyətlərindən biri kimi formalaşıb. Bu baxımdan Azərbaycan xalqının sülhə və sabitliyə münasibəti təkcə siyasi […]
Rəsmi İrəvanın işğalçı siyasəti və saxtakarlığı müharibəni qaçılmaz etdi
Azərbaycan və Ermənistan arasında uzun illər davam etmiş qarşıdurmanın kökləri mürəkkəb tarixi və siyasi proseslərlə bağlıdır. Regionda baş vermiş demoqrafik dəyişikliklər, imperiya siyasəti, ərazi iddiaları və milli-etnik zəmində qarşıdurmalar sonrakı dövrlərdə Azərbaycan-Ermənistan münasibətlərinə ciddi təsir göstərmişdir. Xüsusilə Qarabağ məsələsi XX əsrin sonlarından etibarən iki ölkə arasında münasibətlərin əsas mübahisə predmetinə çevrilmişdir.XIX əsrin əvvəllərində Cənubi Qafqazın […]
İfrat millətçilik üzərində qurulmuş Daşnaksutyun siyasəti.
Rusiya imperiyasında baş verən inqilablar və siyasi böhranlar Cənubi Qafqazda da ciddi qarşıdurmaların yaranmasına səbəb olmuşdur. 1905–1907-ci illərdə bölgədə baş verən erməni-müsəlman toqquşmaları zamanı çoxsaylı insan tələfatı və yaşayış məntəqələrinin dağıdılması ilə nəticələnən hadisələr baş vermişdir. 1917-ci il inqilablarından və Rusiya imperiyasının süqutundan sonra isə bölgədə yaranmış hakimiyyət boşluğu silahlı qarşıdurmaların daha da genişlənməsi […]
Rəsmi İrəvanın hərbi cinayətləri
Ermənistanın inkişafı üçün yeganə yol öz qonşuları ilə normal münasibətlər qurmaq və ərazi iddialarından əl çəkməkdir. Düşmənçilik Ermənistana çox baha başa gəldi. Ermənistan tam dərk etməlidir ki, biz istənilən hərbi vəzifəni icra edə bilərik və heç kim bizi dayandıra bilməz.İlqar Nədirov,Şəhid Kənan Nadirlinin atası
Vətən müharibəsi və şanlı Qələbə
44 günlük müharibə nəticəsində Azərbaycan Ordusu Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmişdir. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ Müharibəsi zamanı Ermənistan […]
Qələbəyə aparan yol
Hələ müstəqillik əldə etməzdən əvvəl Azərbaycan xalqının rastlaşdığı başlıca çətinliklərdən biri bu idi ki, Ermənistanın hərbi təcavüzünə məruz qaldı. Belə bir zamanda bütün xalqı öz ətrafında səfərbər edə biləcək şəxsiyyətin respublika rəhbərliyində olmaması Azərbaycanda toplanmaqda olan hərbi qüvvələri də güclü böhran qarşısında qoydu və ölkənin müstəqilliyinin məhvi təhlükəsi yarandı. Bundan istifadə edən Ermənistan silahlı […]










