Ana Səhfə

Fridrix Merts: Ermənistanla Azərbaycanın sülh müqaviləsi üzərində razılığa gəlməsi böyük uğurdur

Almaniya Kansleri Fridrix Merts Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı sülh müqaviləsi üzərində razılığın əldə olunması münasibətilə təbrik edib.

Bu barədə Kansler Almaniyada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyanla Berlində təşkil olunan mətbuat konfransında bildirib: “Bu, böyük nailiyyətdir. Almaniya Federativ Respublikası da bu yolda Ermənistan və Azərbaycanı yaxından müşayiət edib və dəstək göstərib”.

Mart ayında əldə edilmiş razılaşmanı və avqustda Vaşinqtonda nəqliyyat yollarına dair əldə edilmiş razılaşmadan məmnunluğunu ifadə edən Kansler deyib: “Bu, həm bölgədə, həm də dünya miqyasında sülh və rifah üçün ümidverici əlamətdir. Sizin razılaşmanız məhz bu gərgin və dəyişkən dövrlərdə regiondan kənarda da mühüm və müsbət mesaj verir. Bizim baxışımıza görə, indi əsas məsələ Ermənistan və Azərbaycanın qalan addımları sülh yolu ilə atması və həll olunmamış məsələlərin qarşılıqlı razılıqla həll edilməsidir”, – deyə Kansler bildirib.

Fridrix Merts bildirib ki, ölkəsi hər iki tərəfi bu yolda dəstəkləməkdə davam edəcəyini bildirib.

Qeyd edək ki, səfər çərçivəsində Almaniya və Ermənistan arasında ikitərəfli əməkdaşlığın strateji gündəliyinə dair Bəyannamə imzalanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir