Pullu attestata görə sinif rəhbərinə XƏBƏRDARLIQ

Xəbər verdiyimiz kimi, Bakı şəhəri 264 nömrəli məktəb-liseydə şagirdlərdən attestat üçün 20 manat məbləğində pul yığıldığı iddia edilib 

xeberde.az-ın məlumatına görə, Bakı şəhər Təhsil İdarəsi məsələ ilə bağlı açıqlama yayıb.

Bildirilib ki, 264 nömrəli tam orta məktəbdə IX sinifdə vəsait toplanması ilə əlaqədar araşdırma aparılıb. 

Araşdırma zamanı müəllim və valideynlərlə görüş keçirilib, müvafiq tövsiyələr verilib. Sinif rəhbərinin izahatı alınıb və ona yazılı xəbərdarlıq edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir