Azərbaycan, Türkiyə və Pakistan arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Bu baxımdan mayın 28-də füsunkar Laçında baş tutmuş Zirvə görüşü tarixi hadisəyə çevirdi. Öncə qeyd edək ki, Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan dövlətlərdən biri Pakistan İslam Respublikası olmuşdur (12 dekabr 1991-ci il). İki ölkə arasında diplomatik əlaqələr 9 iyun 1992-ci ildə qurulmuşdur. Pakistan İslam Respublikasının Bakıda Səfirliyi 12 mart 1993-cü ildə, Azərbaycan Respublikasının İslamabadda Səfirliyi 24 avqust 1997-ci ildə təsis edilmişdir. Pakistan İslam Respublikası Azərbaycanın suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü dəstəkləyir, Ermənistanın təcavüzünü daim pisləmişdir. Pakistan İslam Respublikası işğalçı Ermənistanı rəsmən tanımamış və bu ölkə ilə diplomatik əlaqələr qurmamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşlərində vurğuladığı kimi, Pakistan ilə Azərbaycan arasında bu cür qardaşlıq münasibətlərini görmək iki qardaş müsəlman ölkəsi arasında tərəfdaşlığın yaxşı nümunəsidir. Eyni sözləri qardaş Türkiyə barəsində də söyləmək olar. Vətən Müharibəsi zamanı da bütün dünya Türkiyə müdafiə sənayesinin istehsal etdiyi hərbi texnikaların gücünü gördü. Türkiyə istehsalı olan müdafiə sistemlərindən, pilotsuz uçuş aparatlarından hərbiçilərimiz məharətlə istifadə etdi və bu, müharibədə böyük üstünlüyümüzə səbəb oldu. Türkiyə Respublikası ilə yeni müqavilələr imzalanmış, Bu,bir xalq kimi gücümüzü daha da gücləndirəcək, ölkəmizin dünya birliyində mövqeləri möhkəmlənəcək, beynəlxalq siyasi-iqtisadi əlaqələrimiz daha da genişlənəcəkdir. Bir sözlə, hər üç ölkənin iqtisadiyyatın, mədəniyyəti, hərbi doktrina və digər sahələrdəki zəngin təcrübəsi bizim üçün çox önəmlidir. Azərbaycanı və Türkiyəni birləşdirən ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər bu ölkələrin qarşılıqlı səmərəli əməkdaşlığını şərtləndirən əsas amillərdir. Bu dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Bir vətəndaş kimi İki qardaş xalqın uğurlarına qəlbən seviniri, dostluğumuzla və dərin qarşılıqlı əlaqələrimizdən iftixar duyuruq. Türkiyə, Pakistan və Azərbaycan vətəndaşlarının bir-birinə daha sıx bağlı olması önəmli cəhətlərdir. Gələcək nəsillər öz addımlarını bu müttəfiqliyə, bu qardaşlığa uyğun atmalıdırlar və indidən bir-birinə sıx bağlı olmalıdırlar. Hər birimiz dostluq və qardaşlıq tellərini möhkəmləndirməkdən ötrü səylərimizi əsirgəməməliyik. Laçında keçirilən Zirvə görüşü həm də Ermənistanı revanşizmə qızışdıranlar üçün əla cavab oldu. Arif Nəcəfov,Cəlilabad rayon Statistika İdarəsinin rəisi
Oxşar Xəbərlər
3 illik vergi güzəştləri – QANUN
Milli Məclisin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb. xeberde.az məlumatına görə, sənəddə gəmiqayırma və gəmi təmiri müəssisələri üçün güzəştlərin müəyyənləşməsi nəzərdə tutulub. Layihəyə əsasən, gəmiqayırma və gəmi təmiri müəssisələri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında həmin fəaliyyətin məqsədləri üçün bütün növ malların idxalı güzəştli qaydada həyata […]
Ronaldu QƏRARINI VERDİ – Müqavilə imzalanır
“Qızıl top” mükafatının beşqat sahibi, Portuqaliya yığmasının futbolçusu Kriştiano Ronaldunun növbəti mövsümə hansı klubda başlayacağı müəyyənləşib. xeberde.az Offsideplus.az-a istinadən xəbər verir ki, 40 yaşlı ulduz Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasında qalmağı qətiləşdirib. Bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb. Hazırda sənədlər yoxlanılır və müqaviləyə hazırlanılır. Ronaldu iyunun 30-da başa çatacaq razılaşmanın müddətini 1 illiyə uzadacaq. […]
“Melissa Group”un rəhbəri həbsdən buraxıldı
Alatavada qanunsuz söküntü işləri ilə bağlı həbs edilən “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov ev dustaqlığına buraxılıb. xeberde.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya etibarlı mənbədən məlumat daxil olub. Məlumata görə, Qalib Məmmədov barəsindəki həbs qərarı ötən həftə dəyişdirilib. Onun istintaqı ev dustaqlığı şəraitində davam edəcək.



