AKTUAL Dünya

QORXUNC PROQNOZ: 300 min insan ÖLƏCƏK

Yaponiyada “Meqazəlzələ” 300 minə yaxın insanın həyatına son qoya bilər. 

xeberde.az xəbər verir ki, bu barədə Yaponiya hökuməti xəbərdarlıq edib.

Xəbərdarlıqda bildirilir ki, Nankay qırılma zonasında baş verə biləcək təbii fəlakət 298 min insanın həyatına son qoya və ölkə iqtisadiyyatına 1,81 trilyon dollara qədər ziyan vura bilər.

Rəsmilər “meqazəlzələ”nin 8-9 bal gücündə ola biləcəyini və afterşoklardan sonra şərq sahillərində hündürlüyü 3 m-dən çox olan sunaminin baş verə biləcəyini bildirir.

Alimlərin hesablamalarına görə, bu təbii fəlakət növbəti 30 il ərzində baş verə bilər, lakin dəqiq tarix məlum deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir