Cəmiyyət

Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur

    Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri gününün təsis edilməsi Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasının yaratdığı yeni reallıqların daha bir ifadəsidir.
   Xankəndinin mərkəzi meydanında Azərbaycan Bayrağının ucaldılması dövlət başçısımızın illər əvvəl qarşıya qoyduğu strateji məqsədin həyata keçirilməsinin nümayişi idi. Hazırda Azərbaycan dövləti tərəfindən həmin ərazilərimizdə Ermənistan tərəfindən dağıdılmış yaşayış dini-tarixi abidələrin əvvəlki görünüşünə uyğun bərpası, həmçinin yeni məscidlərin inşası istiqamətində ardıcıl işlər görülür 
  Qarabağ Universitetinin yaradılması. İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə də əmək bazarının tələbləri regionda yüksəkixtisaslı kadrların hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkili zərurətini meydana çıxarmışdır. 
    İşğaldan azad edilən ərazilər uğurla məskunlaşdırılır: Xankəndi: 2026-cı il avqust ayının 17-nə qədər Xankəndi şəhərində 76 ailə, 332 nəfər, Kərkicahan qəsəbəsində 43 ailə, 174 nəfər olmaqla cəmi 119 ailə, 506 nəfər məskunlaşıb; Xocalı: Xocalı şəhərində 144 ailə, 651 nəfər, Ballıca kəndində 246 ailə, 1088 nəfər, Xanyurdu kəndində 140 ailə, 510 nəfər, Təzəbinə kəndində 180 ailə, 824 nəfər, Şuşakənd kəndində 116 ailə, 436 nəfər, Badara kəndində 109 ailə, 411 nəfər, Seyidbəyli kəndində 77 ailə, 282 nəfər, Daşbulaq kəndində 44 ailə, 169 nəfər, Xanabad kəndində 111 ailə, 470 nəfər olmaqla cəmi 1.167 ailə, 4.841 nəfər məskunlaşıb; Xocavənd: Xocavənd şəhərində 413 ailə, 1.614 nəfər, Xocavənd kəndində 78 ailə, 319 nəfər, Xanoba kəndində 39 ailə, 177 nəfər, Qırmızı Bazar qəsəbəsində 213 ailə, 909 nəfər, Sos kəndində 85 ailə, 360 nəfər, Güneyxırman kəndində 39 ailə, 175 nəfər, Quzeyxırman kəndində 39 ailə, 169 nəfər, Hadrut qəsəbəsində 82 ailə, 347 nəfər olmaqla cəmi 988 ailə, 4.070 nəfər məskunlaşıb; Ağdərə: Talış kəndində 20 ailə, 90 nəfər, Həsənriz kəndində 292 ailə, 1.150 nəfər, Suqovuşan kəndində 180 ailə, 592 nəfər, Kolatağ kəndində 36 ailə, 139 nəfər, Vəngli kəndində 151 ailə, 602 nəfər, Heyvalı kəndində 46 ailə, 205 nəfər, Çapar kəndində 40 ailə, 143 nəfər, Aşağı Oratağ kəndində 111 ailə, 501 nəfər, Çıldıran kəndində 41 ailə, 165 nəfər olmaqla cəmi 917 ailə, 3.587 nəfər məskunlaşıb. 
    Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində atılan addımlar uzunmüddətli dövlət strategiyasının nəticəsi idi. Bu strategiyanın əsas siyasi hədəflərindən biri işğal altında olan bütün torpaqlarda Azərbaycan Bayrağının ucaldılması idi.

                                                                                                                       Müşfiq Bağırov,                                                                                                        
                                                                       Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının                                     
                                                       Cəngan kənd inzibati ərazi dairəsi üzrrənümayəndəsi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir