Azərbaycan rayonlarının birində yataq xəstəsi olan 74 yaşlı anasına qarşı seksual xarakterli zorakı hərəkətlər edən 1979-cu il təvəllüdlü Balabehbud Cəfərsoltanovun (ad-soyad şərtidir) məhkəmə prosesi başa çatıb.
Xitab24.az-a istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 133.2.4, 133.2.6, 150.2.4 və 150.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs 7 il müddətinə azadlıqdan məhrum edilib.
İttiham aktına görə, Balabehbud kömək istəməsinə, ondan aman diləməsinə baxmayaraq, valideynini şalvarının kəməri ilə döyüb, ona qarşı əzab və iztirab verib.
Məhkəmədə oğul anasına qarşı etdiyi əməlləri boynuna alıb, əlavə ifadə verməkdən imtina edib. Təqsirləndirilən şəxs ilkin istintaq ifadəsində əxlaqsız əməlini “GO” adlı spirtli içkinin təsiri altında törətdiyini bildirib.
Balabehbudun ayaqları işləmədiyi üçün iki ildir yataq xəstəsi olan anasına qarşı etdiyi təcazvüzü onun həyat yoldaşı videoya çəkib. Təqsirləndirilən şəxsin arvadı ərinin hərəkətlərinə son qoyulması üçün videonu zərərçəkmişin bacısına göndərib.
Sonradan həyatını itirən yaşlı qadının hüquqi varisi kimi məhkəmədə onun bacısı çıxış edib. O, bacısına qarşı təcavüz edilməsinə baxmayaraq, Balabehbudu bağışladığını bildirib.
Qeyd edək ki, Balabehbud Cəfərsoltanov anasına qarşı iyrənc əməllərini bir neçə dəfə təkrarlayıb.



