Müasir texnologiyalar – telefonlar, planşetlər və s. hər kəsin həyatını asanlaşdırsa da, az qala hamının uşaqlığını, gəncliyini, real həyatını əlindən almağa da başlayıb.
Ekran qarşısında keçirilən saatlar artdıqca həyatda qurulan münasibətlər azalır. Bir vaxtlar həyətlərdə top oynayan, birlikdə gülən uşaqların yerini indi otağına qapanıb saatlarla telefona baxan azyaşlılar tuturlar.
Sosial şəbəkələrdən həddindən artıq istifadə uşaqlarda ünsiyyət bacarıqlarının zəifləməsinə, sosiallaşma problemlərinə və emosional tənhalıq hissinin artmasına səbəb ola bilər.
Virtual dünya real dostluqları və canlı ünsiyyəti əvəz etdikdə bunun təsiri təkcə uşaqlıq dövrü ilə məhdudlaşmır, gələcək həyata da sirayət edir.
xeberde.az xəbər verir ki, qeyd olunan problemlər artıq bir çox ölkələrdə, o cümlədən Azərbaycanda lazımi tədbirlər görülməsi üçün zəmin yaradıb.
Uşaqların sosial şəbəkədə yaş senzi artıq qanunvericilik səviyyəsində müzakirə olunaraq təsbit edilir. Hər ölkədə müəyyən səviyyədə təyin olunan yaşadək sosial şəbəkədən oflayn rejimə keçidi isə tədricən aparmaq, onlara bu tədbirlərin vacibliyini izah etmək üstün tutulur.
Bu fonda valideynlərin öz uşaqlarına rahatlıqla tövsiyə edəcəyi videomateriallar var:
Cizgi filminin ikinci hissəsində isə rəqəmsal köməkçisinə güvənən “Əli”nin macəraları təsvir olunub:https://player.olke.az/?v=XnogFVgcIvo
Sözügedən cizgi filmlərini təqdim edən “Uşaqlıq Offline” animasiya kanalı Azərbaycanda yaradılıb. Uşaqlar və valideynlər üçün maarifləndirici cizgi filmləri “Beyond” Media tərəfindən istehsal olunur. Cizgi filmlərində süni intellektə həddindən artıq etibar etməmək, sosial şəbəkə trendlərini düşünmədən təkrarlamamaq, “TikTok”da sonsuz skrollinqə aludə olmamaq, kiberbullinq, kiberdələduzluq və digər rəqəmsal risklər uşaqların yaşına uyğun formada izah olunur. Serialın yaradılması prosesində işin təxminən 60%-də süni intellekt alətlərindən istifadə olunur. Lakin ssenari, personajların aktyorlar tərəfindən səsləndirilməsi, yaradıcı qərarlar və yekun nəzarət tamamilə yaradıcı heyət tərəfindən həyata keçirilir.



