Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin tarixi əhəmiyyət daşıyan Bakı səfəri enerji əməkdaşlığının genişlənməsinə və Azərbaycan–Avropa münasibətlərinin daha sağlam əsaslar üzərində inkişafına töhfə verəcək.
Avropa İttifaqı Cənubi Qafqaza yeni münaqişə məkanı kimi deyil, Avrasiyanın dəyişən iqtisadi xəritəsində strateji bağlantı nöqtəsi kimi baxmağa başlayıb. Azərbaycanın diqqət mərkəzində olmasının səbəbi də məhz budur: bu coğrafiya yenidən qlobal güclərin maraqlarının kəsişmə nöqtəsinə çevrilir. Xanım Prezident, həmçinin məlumat verdi ki, Avropa Komissiyası çox kömək edə bilər və bunu arzulayır. Bu baxımdan biz hər hansı köməyi, hər hansı yardımı yüksək dəyərləndirərdik. Düşünürəm ki, bütün bunlar regiondakı dinamikanı gücləndirərək Cənubi Qafqazı hər hansı ərazi iddialarından, hər hansı münaqişədən azad, tərəfdaşlıq, əməkdaşlıq və sülh regionuna çevirəcək.
Cənubi Qafqaz Avropanı, Xəzər regionunu və Mərkəzi Asiyanı birləşdirən dünyanın ən möhtəşəm kəsişmələrindən biridir. Onun strateji əhəmiyyəti artmaqda davam edir. Azərbaycan burada əsas rol oynaya bilər. Regional əməkdaşlığı və sabitliyi irəli aparmaq üçün çox az sayda ölkənin sizin ölkəniz kimi yerləşməsi var. Azərbaycan öz strateji coğrafiyasını artan iqtisadi, siyasi və regional nüfuzu ilə düşünülmüş şəkildə birləşdirir. Bu, nəqliyyat, enerji və rəqəmsal bağlantını əhatə etməklə Yüksəksəviyyəli Bağlantı Dialoqu ilə sıx bağlıdır. Həmçinin yaxşı olardı ki, burada - Bakıda Regional Bağlantı Sərmayə Konfransının təşkil edilməsi üzərində də işləyək. Beləliklə Avropanı, Cənubi Qafqazı və Mərkəzi Asiyanı bir araya gətirəcəyik.
Bu baxımdan, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana növbəti səfəri xüsusi əhəmiyyət kəsb edir. Bu səfər onu göstərir ki, Avropa İttifaqı Cənubi Qafqaz regionunu strateji əhəmiyyətə malik məkan kimi qiymətləndirir, region ölkələri ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır və bu istiqamətdə siyasi dialoqu davam etdirmək niyyətindədir.
Xüsusilə də Avropa İttifaqının özündən qaynaqlanan bəzi qərəzli yanaşmaların aradan qaldırılması baxımından bu səfərin müəyyən müsbət təsiri ola bilər.
Mirağa Həsənov,
Sahibkar