Dünya Gündəm

Livanın baş naziri təcili atəşkəsə çağırış etdi

Livanın Baş naziri Nəvaf Salam İsrailin ölkənin cənubunda həyata keçirdiyi hərbi əməliyyatlarla bağlı tənqid edib.

Al Jazeera xəbər verir ki, onun sözlərinə görə, yaşayış məntəqələrindən sakinlər köç edir.

Salam bildirib ki, Livanın cənubunda davam edən hava və quru əməliyyatlar təhlükəli eskalasiyaya səbəb olur və bölgədə sabitliyə zərbə vurur. O, təcili və real atəşkəsə çağırış edib.

Bu açıqlamalar İsrail ordusunun Livanın cənubunda strateji əhəmiyyət daşıyan Bofor qalasını ələ keçirməsi və Nəbatiyyə istiqamətində quru əməliyyatlarını genişləndirməsi fonunda səslənib. İsrail Baş naziri Benyamin Netanyahu isə bu əməliyyatı Hizbullaha qarşı siyasətdə “kəskin dəyişiklik” adlandırıb və ordunun Livanda manevrləri genişləndirməsi barədə göstəriş verdiyini açıqlayıb.//APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir