Birləşmiş Millətlər Təşkilatı ciddi maliyyə problemləri ilə üzləşib.
xeberde.az xəbər verir ki, ABŞ və Çinin ödənişlərinin bir hissəsini dondurması və ya gecikdirməsi nəticəsində təşkilatın büdcə kəsiri kəskin şəkildə artıb.
Məlumata görə, ABŞ-nin BMT qarşısında borcu 4 milyard dolları ötüb. Vaşinqton təşkilatın xərclərini və fəaliyyətinin səmərəliliyini tənqid edərək BMT-nin bir sıra proqramlarından, eləcə də Ümumdünya Səhiyyə Təşkilatı daxil olmaqla bəzi beynəlxalq strukturlardan çıxıb.
“The Wall Street Journal”ın məlumatına əsasən, Çin də özünü BMT-nin əsas müdafiəçilərindən biri kimi təqdim etsə də, ödənişlərin həyata keçirilməsində gecikmələrə yol verir.
Nəticədə təşkilatın büdcə çatışmazlığı daha da dərinləşib və BMT-nin maliyyə vəziyyəti ilə bağlı narahatlıqlar artıb. ABŞ və Çinin ödəniş problemləri fonunda təşkilatın fəaliyyətinin maliyyələşdirilməsi məsələsi yenidən gündəmə gəlib.




