Cəmiyyət

Bakıda 17 milyona klinika satılır

Azərbaycanda 17 milyona klinika satılır.

xeberde.az-ın məlumatına görə, obyekt Bakı şəhəri Nərimanov rayonu Ağa Nemətulla küçəsində yerləşir. 

Təyinatı klinika olan obyekt yüksək səviyyədə təmir olunmuş və tam təchizatlı klinikadır.

Məlumata görə, klinikada kardiologiya, oftalmologiya, qastroenterologiya, neyrocərrahiyyə, fizioterapiya, uşaq cərrahiyyəsi, intervensional (İnvaziv) radiologiya, laboratoriya, anesteziologiya və reanimasiya, ürək-damar cərrahiyyəsi, pediatriya və neonatologiya, psixiatriya və digər şöbələr fəaliyyət göstərir.

Xəstəxanada A dərəcəli həkimlərin fəaliyyət göstərdiyi vurğulansa da, tibb müəssisəsinin adı açıqlanmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir