Sosial şəbəkələrdə aprelin 30-da Bakıda Milli Onkologiya Mərkəzində baş verən partlayış zamanı xəsarət alan həkim Asif Nəsirlinin ölməsi barədə məlumatlar yayılıb. Məlumatda bildirilir ki, həkimlərin səyinə baxmayaraq A.Nəsirli bu gün dünyasını dəyişib.
Məsələ ilə bağlı Baş Prokurorluqdan xeberde.az-a bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:
“Partlayış zamanı xəsarət alan həkim Asif Nəsirlinin vəziyyəti ağırdır, müalicəsi davam edir”.



