Cəmiyyət

Müxtəlif səviyyələrdə tərəfdaşlıq

Prezident İlham Əliyevin 2026-cı il martın 11-də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri zamanı verdiyi bəyanatda deyilir: Biz Sizin səfərinizə çox böyük önəm veririk. Əminəm ki, o, xüsusən də indiki dövrdə çox uğurla inkişaf edən ikitərəfli əlaqələrimizin daha da inkişaf etdirilməsində mühüm rol oyanacaq. Bizim çox fəal dialoqumuz var. Avropa Komissiyasının üzvləri ötən il və bu il dəfələrlə bizə səfər ediblər. Beləliklə, biz müxtəlif səviyyələrdə tərəfdaşlığın fəal mərhələsindəyik. Bu ilin yanvarında ticari dövriyyəmizin 50 faizi Avropa İttifaqı ilə bağlı olub. Avropa İttifaqı bizim üçün bir nömrəli ticari tərəfdaşdır. Əminəm ki, yeni layihələr və yeni investisiya imkanları ilə sərmayələr iki istiqamətdə yatırılacaq. Hazırda biz, həmçinin Avropada fəal şəkildə sərmayə yatırırıq. Ticari dövriyyəmiz birmənalı olaraq artacaq. Tərəfdaşlığımızın mühüm hissəsi hər zaman enerji əməkdaşlığı olub, var və birmənalı olaraq olacaq. Bu, xüsusən də 2022-ci ildə Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında sənədi Avropa Komissiyası ilə imzaladığımızdan sonra müşahidə olunur.

Azərbaycanın təşəbbüsləri və liderliyi ilə reallaşdırılan beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı regionda sabitliyi möhkəmləndirir, iqtisadi inteqrasiyanı sürətləndirir və enerji təhlükəsizliyini təmin edir. Bu layihələr Azərbaycanın strateji mövqeyini gücləndirərək, Avropa və Asiya arasında qlobal dəyər zəncirinin və enerji təchizatının mühüm komponentinə çevriləcək.

Bütün bunlar o deməkdir ki,  Azərbaycan diplomatiyası bu gün balanslı siyasət yürütməklə yalnız regional sabitliyə deyil, həm də qlobal təhlükəsizlik sisteminə töhfə verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan bu çoxvektorlu siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirib və “orta güc” olan ölkəmizi Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının əməkdaşlıq mərkəzi kimi ön plana çıxarıb.

                                                                                                   Məmmədzadə Əliyev,

       Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sənəd dövriyyəsi,  

              vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin Hüquq və kadr

              məsələləri sektorunun müdiri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir