Cəmiyyət

Sumqayıtda sərnişinlərin həyatını təhlükəyə atan avtobus sürücüsü işdən azad edildi – VİDEO

Sumqayıt şəhərində fəaliyyət göstərən 7 nömrəli marşrut avtobusunun sürücüsünün sərnişinlərin həyatını təhlükəyə atması ilə bağlı görüntü araşdırılıb, sürücü barədə müvafiq tədbir görmək tapşırığı verilib və həmin şəxs artıq işdən azad olunub.

xeberde.az xəbər verir ki, bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumatda qeyd olunub ki, avtobus sürücülərinin işə qəbulu daşıyıcılar tərəfindən həyata keçirilir:

“Daşıyıcılarla keçirilən görüşlərdə mütəmadi olaraq onlara müvafiq tapşırıqlar verilir. AYNA tərəfindən Sumqayıt şəhərində marşrut avtobuslarının sürücüləri ilə bağlı mütəmadi monitorinqlər aparılır. Hər hansı nöqsanlar aşkarlandığı təqdirdə müvafiq tədbirlər görülür. Daxil olan bütün müraciətlər də ətraflı araşdırılır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir