Azərbaycanın Xalq artisti Alim Qasımovun Bakıda zavod açdığı bildirilir.
xeberde.az xəbər verir ki, bu barədə Demokrat.az saytı yazıb.
Məlumata görə, sözügedən müəssisə Qaradağ rayonunun Güzdək qəsəbəsi ərazisində fəaliyyət göstərir.
Qeyd edilir ki, Alim Qasımova məxsus zavod karton-kağız istehsalı və emalı üzrə ixtisaslaşıb.
Hazırda həmin müəssisənin Alim Qasımovun ailə üzvləri tərəfindən idarə olunduğu bildirilir.
Sözügedən xəbərə bəzi sosial şəbəkə istifadəçiləri rəy bildirirlər ki, həmin zavod 2014-2015-ci ildən fəaliyyət göstərir və xanəndənin oğlunundur.




