Bölgə Cəmiyyət Hadisə Təhsil

Şagirdlərin zəhərləndiyi məktəbin bufeti bağlandı

Göygöldə 10 şagirdin zəhərləndiyi məktəbin bufeti bağlanıb.

xeberde.az xəbər verir ki, bu məlumat Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilib.

Qeyd olunub ki, Göygöldə baş verən hadisə ilə əlaqədar AQTA-nın Gəncə-Daşkəsən Regional Bölməsi tərəfindən rayonun Aşıqlı kənd məktəbinin daxilində fəaliyyət göstərən bufetdə plandankənar yoxlama keçirilib.

“Satılan məhsullardan laborator müayinələr üçün nümunələr götürülüb. Bufetin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb”, – deyə məlumatda vurğulanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir