Hadisə manset

Məktəb pəncərəsindən yıxılan uşaq özəl xəstəxanaya yerləşdirildi

Ötən gün 163 nömrəli tam orta ümumtəhsil məktəbinin ehtiyatsızlıq nəticəsində pəncərədən yıxılan 10-cu sinif şagirdi özəl xəstəxanaya yerləşdirilib.

Bununla bağlı xeberde.az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Bildirilib ki, 2010-cu il təvəllüdlü şəxs (kişi) fevralın 4-ü saat 21:00 radələrində ailə üzvlərinin istəyi ilə özəl tibb müəssisəsinə təxliyə olunub.

Xatırladaq ki, almacıq sümüyünün, bel fəqərələrinin, qabırğa və sol dabanın sınıqları diaqnozları təyin edilən pasiyentə Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsində zəruri tibbi xidmətlər göstərilib, onun vəziyyəti ağır qiymətləndirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir