Moldovanın Miqrasiya Xidməti ölkə ərazisindən 25 yaşlı Azərbaycan vətəndaşını çıxarıb.
Onun Moldovaya girişi beş il müddətinə qadağan edilib.
Moldova KİV-lərinin məlumatına görə, baş verən hadisə Yeni il gecəsi Kişinyovdakı Böyük Milli Məclis meydanında təşkil olunan mədəni tədbir zamanı baş verib. Azərbaycan vətəndaşı kütlənin üzərinə fişəng ataraq insanların həyatını təhlükəyə atıb.
Moldova polisi şübhəli şəxsi müəyyən edib və onu saxlayıb.




