Hadisə

Qaynananın əcəli ilə öldüyü deyilirdi: gəlin və qardaşı saxlanıldı – Azərbaycanda

Biləsuvarda təzyiqdən öldüyü deyilən qadının qətlə yetirildiyi məlum olub.

xeberde.az verdiyi xəbərə görə, hadisə rayonun İsmətli kəndində qeydə alınıb.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə bir müddət öncə beyindaxili təzyiqdən öldüyü deyilən 1953-cü il təvəllüdlü Almaz Cəfərovanın boğularaq öldürüldüyü məlum olub. Qətl hadisəsində şübhəli bilinən gəlini 1995-ci il təvəllüdlü Gülbəniz Həsənzadə və gəlinin qardaşı 2000-ci il təvəllüdlü Qasım Həsənov polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir