Siyasət

Ramiz Mehdiyev iki nazirdən çəkinib: “Həmişə sözlərini deyirdilər”

Mənim vəzifədən getməyimə əsas səbəb Eldar Mahmudov (keçmiş milli təhlükəsizlik naziri – müəl.) olub. Daim mənə, ailəmə təzyiq göstərməyə çalışıb. Deyirdi, yaxşı edirəm. Heç Azərbaycan dilində yaxşı bilmirdi, amma böyük iştaha sahib idi. Başlayırdı ki, sənin başına oyun açacağam. Devalvasiyanın səbəbkarlarından biri də o idi.

xeberde.az xəbər verir ki, bu sözləri keçmiş maliyyə naziri Əvəz Ələkbərov Modern.az-a müsahibəsində deyib.

Onun sözlərinə görə, 3 illiyə Türkiyəyə getdikdən sonra E.Mahmudov sakitləşib. 

Ə.Ələkbərov müsahibəsində Ramiz Mehdiyevlə bağlı suala cavabında söyləyib ki, iki dəfə aralarında ziddiyət olub: “Ümumən pis deyildi. Məni qapıda gözlətməyib, iclaslarda hörmətlə yanaşıb. Ramiz Mehdiyev talantlı, liderlik qabiliyyətinə, yaxşı nitqə sahibi deyildi. Akademikliyə də layiq adam olmayıb. Onun bütün elmi işlərini deyilənə görə başqaları yazıb. Dövlət adamı olan bir ağsaqqal dostum var, o deyir ki, Ramiz Mehdiyev hansısa bir zavodda kadrlar şöbəsinin müdiri vəzifəsində çalışa biləcək insandır, vəssalam, səviyyəsi ondan artıq deyil.

“Bəs dövlətçiliyə qarşı çıxmağının səbəbi nə idi?” sualına isə sabiq nazir belə deyib:

“Ağlını itirib. Bu yaşda get həyatını yaşa, daha nə istəyirsən? Ramiz Mehdiyev icra başçıları ilə işləyirdi. Biz Prezidentlə işlədiyimizə görə, nazirlərdən çəkinirdi, ehtiyatlı davranırdı. Sovet təfəkkürlü idarə etmə mütəxəssisi idi”.

O, Ramiz Mehdiyevə qarşı çıxan nazirlər barədə danışarkən iki nəfərin adını çəkib: “Sabiq səhiyyə naziri Əli İnsanovla keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev. Onlar nazir olanda həmişə sözlərini deyiblər. Ramiz Mehdiyev də onlardan çəkinib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir