Ana Səhfə

Finlandiya prezidenti: Ukrayna üzrə sülh sazişi çox yaxındır”

“Ukrayna üçün sülh, münaqişə başladığı vaxtla müqayisədə indi daha yaxındır”.

Editor.az xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksander Stubb dekabrın 9-da Helsinkidə keçirilən tədbirdə çıxışı zamanı deyib.

“Biz razılaşmaya çox yaxınıq. Potensial sazişin şərtləri daha məqbul mərhələyə yaxınlaşır. Mən hazırkı vəziyyətdən kifayət qədər razıyam”, – Stubb vurğulayıb.

Onun sözlərinə görə, aparılan danışıqlar üç ayrı sənədi əhatə edir. Birinci sənəd 20 bənddən ibarət çərçivə planıdır. Finlandiya prezidentinin bildirdiyinə görə, 28 bənddən ibarət ilkin sənəddə Avropanın gələcək təhlükəsizlik arxitekturası ilə bağlı “tamamilə qəbuledilməz” müddəalar mövcud idi.

Stubb əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp administrasiyası, Ukrayna rəsmiləri və Avropa təhlükəsizlik institutları tərəfindən müzakirə olunan ikinci sənəd Ukraynaya təhlükəsizlik təminatlarını, üçüncü sənəd isə ölkənin yenidən qurulmasını nəzərdə tutur.

Qeyd edək ki, bundan əvvəl “Financial Times” yazmışdı ki, ABŞ Ukrayna Prezidenti Volodimir Zelenskiyə Vaşinqtonun təklif etdiyi sülh sazişinə cavab vermək üçün “bir neçə gün” vaxt verib. Məlumata görə, sənəd Ukraynadan müəyyən ərazi itkilərini qəbul etməyi, bunun müqabilində isə hələ açıqlanmayan təhlükəsizlik zəmanətləri əldə etməyi nəzərdə tutur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir