Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovun Qarazəncir kənd sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilmişdir. Görüşdə hüquq-mühafizə orqanları, rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri də iştirak ediblər.
Qəbul başlamazdan öncə canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qəbul zamanı sakinlər tərəfindən müxtəlif məsələlərlə bağlı müraciətlər səsləndirilib. Hər bir vətəndaş diqqətlə dinlənilmiş, qaldırılan problemlərin bir qisminin yerində həlli təmin olunmuş, digərlərinin aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilmişdir.
Rafiq Cəlilov bildirib ki, səyyar qəbulların keçirilməsində əsas məqsəd vətəndaşların müraciətlərinin yerində araşdırılması, onların qayğı və təkliflərinin operativ şəkildə həllinə nail olmaqdır.
Qəbulda iştirak edən sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə həyata keçirilən tədbirlərdən məmnun qaldıqlarını, yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.






