Ramiz Mehdiyevin cinayət işinin materialları ilə tanış olan vəkilləri onun maraqlarının müdafiəsi üzrə funksiyaları əsasında aktiv prosessual hərəkətlərə başlayıblar.
Belə ki, onların apellyasiya şikayəti ilə müraciət etdikləri qərarların sırasında
Sabail rayon məhkəməsinin bəzi qərarları var.
Onlardan biri də DTX-nin vəsatəti üzrə Ramiz Mehdiyevin ətrafında kompleks əməliyyat-texniki tədbirlərin keçirilməsi ilə bağlı 13 avqust 2025-ci il tarixli qərardır.
Rabitə kanalları ilə ötürülən məlumatların ələ keçirilməsi, “Şərq-Qərb nəşriyyatı” və daha sonra digər ünvanlarda tədbirlərin məhz bu qərar əsasında aparıldığı məlum olur.
R.Mehdiyev və ailəsi mahiyyəti yayılmış ittihamı təsdiq və ya təkzib edən hər hansı açıqlama verməyib.
Qeyd edək ki, R.Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri maddələri ilə ittiham edilir.
Səbail rayon məhkəməsinin keçən həftə məlum olmuş qərarına əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
Xeberde.az




