Peşə təhsili müəssisəsində təşkil olunacaq institusional akkreditasiyanın qiymətləndirilməsinə başlanılır.
xeberde.az-ın əldə etdiyi məlumata görə, Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) bununla bağlı hazırlıqlar işlərini başa çatdırıb.
Agentlik qiymətləndirilmə ilə bağlı ümumilikdə 6 müəllimlə müqavilə bağlayıb.
Müqavilələrə əsasən, peşə təhsili müəssisəsində təşkil olunacaq institusional akkreditasiyanın qiymətləndirilməsi işlərinə cəlb olunmuş aşağıdakı müəllimlərə qeyd olunan məbləğdə pul veriləcək:
1) İmanova Sevil Novruz qızı – 900 manat,
2) Muxtarov Ramil Məmməd oğlu – 750 manat,
3) Kərimova Aynur Allahverən qızı – 750 manat,
4) Muradlı Gültəkin Fəzail qızı – 750 manat,
5) İsrafilov Əlzamin Rəhman oğlu – 750 manat,
6) Vəliyev Ceyhun Amin oğlu – 750 manat.
Xatırladaq ki, TKTA ali təhsil müəssisəsində təşkil olunacaq institusional akkreditasiyanın qiymətləndirilməsi işlərinə cəlb olunmuş 36 müəllimə isə 1175-1300 manat məbləğində vəsait ödəyəcək.




