Prezident İlham Əliyev Anar İsmayılova general-mayor hərbi rütbəsinin verilməsi barədə Sərəncam imzalayıb.
xeberde.az-ın məlumatına görə, dövlət başçısının imzaladığı sənəddə deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Polkovnik Anar Müslüm oğlu İsmayılova “general-mayor” ali hərbi rütbəsi verilsin”.
Dövlət başçısı İlham Əliyev həmçinin Baş prokurorun müavini – Hərbi prokuror Bəhruz Vidadi oğlu Əhmədova “ədliyyə general-mayoru” ali hərbi rütbəsi verilməsi barədə Sərəncam imzalayıb.




