Türkiyə avqustun 2-dən Kilisdən Suriyanın Hələb vilayətinə Azərbaycanın təbii qazını tədarük etməyə başlayacaq.
xeberde.az xəbər verir ki, bunu Türkiyənin energetika naziri Alparslan Bayraktar Anadolu agentliyində görüşdə deyib.
“Biz Azərbaycandan gələn təbii qazın Kilis vasitəsilə Hələbə, Suriyaya çatdırılmasına bu şənbə -avqustun 2-dən başlayacağıq”, – nazir qeyd edib.
Nazirin sözlərinə görə, gələcəkdə Suriyaya hər il təqribən 2 milyard kubmetr təbii qaz, həmçinin 1 min meqavat elektrik enerjisi tədarükü planlaşdırılır.




