Cəmiyyət MARAQLI

Etiqatın ilk addımı … NİYƏ?

NİYƏ? Bu sual həyatımızın hər anında, hər addımında uğur qazanmağın, maddi və mənəvi qazancın əldə olunmasında başlıca faktordu. İnsanın peşə seçimində, təhsildə ixtisas seçimində NİYƏ? sualına cavab verə bilməyi, öz sahəsində , addımladığı yolda yoluna işıq tuta bilməyi deməkdir.
Mən NİYƏ? müəllim olmalıyam?, mən NİYƏ həkim olmalıyam?
Özünə verdiyi NİYƏ? sualına cavab verə bilən insan tutduğu yolda uğurun 50 faizin qazanmış deməkdir.
Daha çox mənəvi qida olan Etiqat, Əqidə, Dini İnanc kimi insan həyatını təkmilləşdirən yolda NİYƏ? sualı və bu suala cavab vermək, bir insan üçün etdiyi ibadətlərin məsuliyyətini, əhəmiyyətini dərk etdirəcək bəlkədə yeganə vasitədir.

          MƏN NİYƏ ATEİSTƏM? MƏN NİYƏ MÜSƏLMANAM? MƏN NİYƏ XRİSTİYANAM? 
           Bu sualları özünə verə bilməyən və cavabı araşdırmayan şəxs dənizdəki yelkənsiz gəmi kimi kor-koranə hərəkət edəcək, həm özünü , "fikirləri" ilə həm ətrafındakıları dibi görünməyən boşluğa atmış olacaq. 
           Aləmləri Yaradan Uca Allah belə insanı NİYƏ yaratdığını Quran-i Kərimdə, Zariat sürəsi 56-cı ayəsində "MƏN CİNLƏRİ VƏ İNSANLARI YALNIZ MƏNƏ İBADƏT ETSİNLƏR DEYƏ YARATDIM" deyərək bəyan etmişdir. Allah NİYƏ yaratdığını bəyan edibsə, demək insan NƏYƏ və NİYƏ inandığını inanmadan öncə dərk etməlidir , sonra inanmalıdır. 
         İslam dini bir müsəlman üçün İMANı 2 xətt üzrə ayırmışdır. 
          TƏQLİDİ İMAN: NİYƏ inandığını araşdırmadan, dərk etmədən inanırlar deyə inanmaq. Ailədə, ətrafda çoxluğun iman etdiyini görüb "Palaza bürünüb, elnən sürünüb" inanılan iman İslam dinində qəbul olunsada , tutarlı, qüvvətli imandan qəbul edilməmişdir. Çünki "Qonşudan geri qalmamaqçün" inanan insan , birgün "qonşusu" geri qayıdarsa, əlində tutarlı səbəb olmadığı üçün geri qayıtma ehtimalı daha çoxdur. 

          TƏHQİQİ İMAN: Bir müsəlman üçün möhkəm iman yoludur. İnsan Təhqiq ( araşdırmaq) etdikcə öz imanından daha möhkəm yapışır. Öz imanına daha çox arxayın olur, imanına daha çox güvənir. Təhqiqi İman insana NİYƏ və NECƏ inanmağın bütün sirlərini öyrədir. İnsanı xurafatdan, insanı bidətlərdən ( İslamda olmayıb əlavə olunan hökm və əməllərdən) uzaq tutaraq, imanını təmiz saxlayır və qoruyur. Təhqiqi İman insana oxuyub, araşdırmağı öyrədir. Müsəlmanın həqiqi vəzifə və öhdəliklərini öyrədir. 
             Vəzifə və öhdəliklərini bilən müsəlman həm özü, həm cəmiyyət üçün işıq rolunu oynayacaq. İslam dinin ilk və ən mühüm qayəsinin OXUMAQ olduğunu bilən müsəlman cəmiyyət üçün xəzinə  deməkdir. Biz bunu əsrlər əvvəlki elmi kəşflərin imzasında müsəlman alimlərin imzalarını gördükcə daha çox anlamalıyıqki, elmli müsəlman İslam dinin görmək istədiyi müsəlmandır. 
             1400 il bundan öncə Allah öz sonuncu Peyğəmbərini peyğəmbərliklə vəzifələndirərkən, ilk əmr və  ibadət tələbi məhz OXUMAQ oldu. Hz. Məhəmməd ( s.a.v) a ilk olaraq məhz OXU dedi. 
             Bu OXU əmri təkcə Hz. Məhəmməd ( s.a.v) a edilən əmr deyildi. Bütün insanlığa edilən əmr idi. Bu əmrə tabe olan insanın idrakına İslam dini nağıllar,  rəvayətlər dini kimi deyil, elmlənmək, kəşf etmək, araşdırmaq,  yolunu, məqsədini bilmək dini olaraq yerləşəcək. 

            İslam dininin 5 əsas təməli vardır. Amma İslam dinin ilk əmri OXU-dur. İnsan oxuduqca NİYƏ? sualına çox rahatlıqla cavab verəcək və bu cavabı dərk edib ətrafına çatdıra biləcək.

        Hacı Rahid Hüseyn

Xeberde.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir