Dünya

Bu ölkədə niqab rəsmən qadağan edildi

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev qadınların ictimai yerlərdə üz örtüyü taxmasını qadağan edən qanun layihəsini imzalayıb.

xeberde.az xarici KİV-ə istinadla xəbər verir ki, qanun qüvvəyə mindikdən sonra ictimai yerlərdə üz örtüyü taxmağa icazə verilməyəcək.

Bildirilir ki, üzü örtən örtüklər hüquq-mühafizə orqanlarına şəxsləri müəyyən etməyi çətinləşdirir və ictimai təhlükəsizliyi təhlükə altına alır. Bundan əlavə qadağa niqab kimi üzü örtən digər dini geyimlərə də şamil edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir