Cəmiyyət

Yay aylarında istifadəsi təhlükəli olan qidalar

“Yay aylarında donuz əti və duzlu qidalardan uzaq durmaq tövsiyə olunur.”

xeberde.az xəbər verir ki, bu sözləri rusyalı həkim Rimma Moysenko deyib.

Onun sözlərinə görə, yay aylarında daha çox yüngül zülallara üstünlük verilməlidir: hinduşka, toyuq, balıq və dəniz məhsullar:

“Belə zülallar orqanizmdə tərəvəzlərlə birlikdə yaxşı mənimsənilir və parçalanır. Duzlu qidalardan (duzlu çərəzlər, çipslər, hisə verilmiş məhsullar) istifadə etmək olmaz, çünki bu, orqanizmin susuzlaşmasına səbəb olur. Bundan əlavə, çərəzlər arterial təzyiqin yüksəlməsinə də gətirib çıxarır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir