Ana Səhfə MARAQLI

Hacı Mirhəmidin əsrlər boyu öz bəhrəsini verəcək dövlətçilik xidmətləri – FOTOLAR

Məscid binasının layihələndirilməsi və tikintiyə başlanması da Hacı Mirhəmidin adı ilə bağlıdır

Mirhəmid Mirheydər oğlu Həmidov! Bu ad Muğanda, Şirvanda, Şabran-Siyəzən bölgələrində çoxlarına doğmadır, tanışdır. Bu adın qazanılması ona heç də asan başa gəlməyib. Həyatın ağrılı-acılı, enişli-yoxuşlu, sevincli-kədərli günləri bütövlükdə böyük zəhmət bahasına başa gəlib, ərsəyə yetişib.
Yüksək işgüzarlıq, işə yaradıcı münasibət onu əvvəlcə Dəvəçi rayon Partiya Komitəsində ikinci katib, rayon İcraiyyə Komitəsinin sədri, Sabirabad rayon Partiya Komitəsinin birinci katibi, sonra isə ilk Sabirabad rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində işləməyə qədər yüksəltmişdir.
Sabirabad rayonunda işlədiyi dövrdə (1989-1992) rayonun sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirdiyi tədbirlər bu gün də öz aktuallığını saxlamaqla böyük səmərə verməkdədir. 90-cı illərin əvvəllərində rayonda baramaçılığı inkişaf etdirmək məqsədilə Türkmənistan Respublikasından 500 min ədəd tut tingi gətizdirilmiş və rayonun müxtəlif kəndlərində tut bağları salınmış, Axısxa kəndində Barama Qurutma Məntəqəsi istifadəyə verilmişdir.
Rayonda qrunt sularının əkin sahələrinə vurduğu ziyanın aradan qaldırılması daim problem kimi qalırdı. Baş Mil-Muğan kollektorunun hissə-hissə tikilməsinə baxmayaraq, Bakı-Astara dəmir yol xəttinin və İran-Mazdok qaz kəmərinin həmin kollektorla kəsişdiyi üçün bu iş illərlə yubanmışdı. Mirhəmid müəllimin əzmkarlığı sayəsində bu iki xəttin yeri dəyişdirilərək Baş Mil-Muğan kollektorunun Sabirabad rayonu ərazisindən keçən hissəsi işə salındı və nəticədə 10 min hektarlarla əkin sahələri şor sulardan təmizləndi.13 km uzunluğunda Azadakənd-Bala Həşimxanlı, 7 km uzunluğunda Hacıbəbir-Moranlı qidalandırıcı su kanalı tikilib istifadəyə verilərək 3 təsərrüfatın, 8 kəndin əkin sahələrinin su ilə təminatı həyata keçirildi.
O, rayonda təhsilin və səhiyyənin inkişafını da daim diqqət mərkəzində saxlamışdır. Rayonun 5 kəndində yeni orta məktəb, üç mərtəbəli poliklinika binasının inşasına, məktəblərin və poliklinikanın yeni avadanlıqlarla təmin olunmasına nail olmuşdur.
Rayonda yeni iş yerlərinin açılması məqsədilə 38 istehsal kooperativinin təşkilində, Axtaçı Broyler Fabrikinin tikilib istifadəyə verməsində xüsusi səy göstərmişdir. Rayon əhalisinin uzun illər ev tikdirmək məqsədilə torpaq sahəsi almaq üçün yaranmış növbəliyin ləğv edilməsi onun cəsarətli addımı sayəsində öz həllini tapmışdır.1100 nəfər şəhər sakini ev tikmək üçün həyətyanı torpaq sahəsi ilə təmin edilmişdir.
Bu xeyirxah insanın fəaliyyəti bunlarla bitmir. Mirhəmid müəllimin ən böyük xidmətlərindən biri də hazırda Sabirabad şəhərində fəaliyyət göstərən məscid binasının inşasına başlanmasıdır.
Məscidin layihələndirilməsi Hacı Mirhəmidin adı ilə bağlıdır. Mirhəmid müəllim məscidin smeta layihəsini o vaxtı Sabirabada tez-tez gələn, əslən Şəkidən olan memar Sabir müəllimin vasitəsilə Türkiyədə işlətmişdir. Layihəyə əsasən məscid 4 minarəli olmalı idi, aşagıda verilmiş şəkillər çox gözəl tarixi yaddaşdır.
Əzəmətli məscid binası dövlətimizin dəstəyi, Sabirabad xeyriyyəçilərinin maddi vəsaiti hesabına inşa olunaraq, 2008-ci il noyabrın 18-də istifadəyə verilmişdir. Ölkəmizin ən böyük məscidlərdəndir. Binanın bütün tikinti-quraşdırma, milli memarlıq üslubunda bəzədilməsi, minarənin hörülməsi kimi çətin işləri belə yerli ustalar görmüşlər. Məscid binasının tikintisində inşaatçı mərhum Əlixan Kazımovun əməyi böyükdür. Binanın ərsəyə gəlməsində axund hacı Məhəmmədin də xüsusi xidməti vardır.
Mirhəmid müəllim rayonda keçirilən xeyriyyə tədbirlərində iştirak edir, onlarla imkansız ailələrə daim yardım göstərir.
Mirhəmid müəllim həm də təcrübəli mütəxəssis, bacarıqlı təşkilatçıdır. Onun rayonda yaratdığı toxumçuluq təsərrüfatı Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm Mərkəzinin alimləri ilə birlikdə yeni buğda və arpa sortlarının seleksiya işlərini aparmaqla, həm də 350-400 tona yaxın Elit və Rl repreduksiyalı toxumlar çoxaldaraq rayon fermerlərini toxumla təmin edir.
Mirhəmid Həmidov Milli Məclisin deputatı olarkən Azərbaycan Respublikasının suverenlik aktının qəbul olunmasında, respublikada həyata keçirilən aqrar islahatların aparılması üçün zəruru olan qanunların hazırlanmasında və qəbul olunmasında da fəallıq göstərmişdir.
O, həm də istedadlı alimdir. İki ixtirası, bir səmərələşdirici təklifi respublikanın Şabran, Siyəzən, Quba, Xaçmaz rayonlarının bağçılıq və tərəvəzçilik, habelə Sabirabad, Saatlı, İmişli və Biləsuvar rayonlarının pambıqçılıq təsərrüfatlarında geniş tətbiq edilməklə ildə təsərrüfatlara 11.5 mln manat gəlir gətirmişdir.
Onun 5 dərsliyi və dərs vəsaiti, 1 monoqrafiyası, 10-dan artıq metodiki vəsaiti dərs dediyi Azərbaycan Texniki Universitetində və Milli Aviasiya Akademiyasında, digər ali məktəblərdə tədris olunur.
Mirhəmid müəllim istedadlı alim, gözəl ziyalı, əsl el ağsaqqalıdır. O, sakit təbiətli, mülayim xarakterli, təmkinli, gülərüz, qayğıkeş, qonaqpərvər olmaqla yanaşı, eyni zamanda mənəvi dünyası bütün varlığı ilə ailəyə, qohuma, dost-tanışa, qonum-qonşuya, el-obaya, işlədiyi kollektivə, sözün geniş mənasında xalqa, vətənə bağlı şəxsiyyətdir. Gözəl ailə başçısı, mehriban ata, nəhayət, nəvələri tərəfindən sevilən babadır.
Bütün bunlar onun haqqında demək istədiklərimizin heç də hamısı deyildir. Yəni Mirhəmid müəllimin insani xüsusiyyətlərini, intellektual səviyyəsini bir neçə ümumiləşdirilmiş cümlə ilə səciyyələndirmək çətin məsələdir. Hələ dost-tanışlarının, onu tanıyanların Mirhəmid Həmidov barəsində ürək sözlərini yazmadıq. Çünki onların hamısının adlarını sadalasaydıq uzun bir siyahı alınardı.
Gözəl ziyalı, etibarlı dost, həssas insan, istedadlı alim, təcrübəli mütəxəssis Mirhəmid Həmidova möhkəm cansağlığı, uzun ömür, könül xoşluğu, işlərində uğurlar arzulayıram!

Elçin NƏSİB


Birinci şəkildə Mirhəmid müəllim, o vaxt rayonun nüfuzlu ağsaqqallarından olmuş, Əməkdar inşaatçı, 8 nömrəli Kənd tikinti Trestinin rəhbəri mərhum Cəlal Mənsimov, rayon Partiya Komitəsinin II katibi mərhum Mirsalah Kərimov, rayon İcraiyyə Komitəsinin sədri mərhum Əmanət Zeynalov məscidin tikiləcəyi ərazi barədə müzakirə edirlər.
İkinci şəkildə o vaxtı məscidin axundu olmuş mərhum Mirhəbib Həbibov, məscidin müdiri işləmiş Firidun Məmmədov və Mirsalah Kərimov məscidin layihəsi ilə tanış olurlar.
Üçüncü şəkildə isə yuxarıda adları qeyd edilən şəxslərin iştirakı ilə başda Mirhəmid müəllim olmaqla qurban kəsilərək məscidin tikintisinə başladıqlarını bildirirlə

Sosial şəbəkə də yazılan xoş niyyətli vətəndaş rəyləri:

Sosial şəbəkələrdə Mirhəmid Həmidov haqqında yazılan rəylər, onun Sabirabad rayonunun inkişafına verdiyi töhfələri və ictimai fəaliyyətini əks etdirir. Bir çox istifadəçi onun rəhbərliyi dövründə rayonda həyata keçirilən infrastruktur layihələrini, kənd təsərrüfatının inkişafını və təhsil sahəsindəki islahatları müsbət qiymətləndirir. Bundan əlavə, Həmidovun şəhid ailələri və müharibə əlilləri ilə daim maraqlanması, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atdığı addımlar da sosial şəbəkələrdə yüksək qiymətləndirilir.

Ümumiyyətlə, Mirhəmid Həmidovun Sabirabad rayonunun inkişafına verdiyi töhfələr və ictimai fəaliyyətləri, sosial şəbəkələrdə onun haqqında yazılan müsbət rəylərin əsasını təşkil edir. Onun rəhbərliyi dövründə həyata keçirilən layihələr və sosial sahədəki islahatlar, Sabirabadın inkişafına müsbət təsir göstərmişdir.

Allah Ağsaqqala can sağlığı versin.

Xeberde.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir