Mayın 28-də Vətənimizin dilbər guşəsi Laçında keçirilən Zirvə görüşü Müstəqillik bayramımıza rövnəq verdi. Bu tədbir bir daha göstərdi ki, Azərbaycan, Türkiyə və Pakistan arasında siyasi və iqtisadi münasibətlər tükənməz potensiala malikdir. Üç qardaş ölkə kimi biz bütün sahələrdə qarşılıqlı hörmət və qarşılıqlı maraqlar əsasında əməkdaşlıq edirik. Regionda yeni reallıqların yaranması səbəbindən qardaş Türkiyə və Pakistanla əməkdaşlığın iqtisadiyyatın bütün sahələri üzrə meydana çıxır. Qarabağın işğaldan azad olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsində Azərbaycanın yanında olmaqla mövqeyimizi bir daha bütün dünyaya göstərdik. Son illər ərzində infrastruktur layihələrinin və regional inkişaf proqramlarının uğurla həyata keçirilməsinin nəticəsi olaraq Azərbaycanın iqtisadi inkişafı üçün güclü baza formalaşıb. Biz hər zaman qardaş Türkiyəni yanımızda görürük. Türkiyənin dünya miqyasında tanınmış siyası lideri Rəcəb Tayib Ərdoğan dəfələrlə ən yüksək beynəlxalq tribunalardan “Azərbaycan tək deyildir” bəyanatını səsləndirmişdir. Regionun gələcək inkişafı, inteqrasiya layihələrinin icrası ilə bağlı Türkiyə və Pakistanla ilə fikir ayrılığı yoxdur, hədəflərimiz eynidir. Müharibədən sonrakı dövr regionda əməkdaşlıq, qarşılıqlı ticarət, kommunikasiyaların açılması, yeni nəqliyyat dəhlizlərinin yaradılması üçün imkanlar yaradır. Digər tərəfdən aldığımız müasir silahlar, Azərbaycan-Türkiyə-Pakistan arasında müdafiə sahəsində əməkdaşlıq hərbi gücümüzün artmasına dəlalət edir. İnanırıq ki, qalib Azərbaycanın yaratdığı əməkdaşlıq imkanlarından bütün region faydalanacaq. Tərəfdaş ölkələrin bu imkanlardan istifadə etməsi isə ölkəmizin çoxşaxəli münasibətlərinin inkişafına töhfə olacaq. Əməkdaşlığımızın son dərəcə strateji aspektini təşkil edən nəqliyyat sahəsində “İnkişaf Yolu”, “Orta Dəhliz” və “Şimal-Cənub Nəqliyyat Dəhlizi” kimi layihələrə birlikdə töhfə verəcəyik. Mədəniyyət və təhsil sahələrində, xüsusilə də gənclərimizin və alimlərimizin qarşılıqlı təmaslarını artıracaq layihələr üzərində çalışacağıq. Enerji təhlükəsizliyi, ərzaq təhlükəsizliyi və bərpaolunan enerji sahələrindəki imkanları birlikdə dəyərləndirəcəyik. Qeyd etmək istəyirəm ki, biz regionumuza daimi möhkəm sülh arzulayırıq. Bunun üçün isə əlbəttə ki, danışıqlar masasında əyləşmək lazımdır. Çünki bu, çox mühüm məsələlərdir və bu məsələlər dinc yolla həll edilməlidir. Bu məsələ Kəşmir probleminə aiddir və burada BMT-nin müvafiq qətnamələri var. Eyni zamanda, bu məsələ Kəşmir xalqının iradəsinə uyğun həll edilməlidir. Müdafiə sahəsində əməkdaşlığımızı dərinləşdirib terrorla mübarizə və transsərhəd təhdidlərə qarşı ortaq qətiyyətimizi davam etdirəcəyik. Ticarətin asanlaşdırılması, investisiyaların təşviqi və rəqəmsal transformasiya sahələrində müştərək addımlar atmağı hədəfləyirik. Rəsmi Ankara və İslamabadın Cənubi Qafqazın kilid ölkəsi sayılan Azərbaycanla həmrəylik addımı, hər şeydən öncə dünya miqyasında artıq tamamilə yeni reallıqlar yarandığının sübutu oldu. Ceyhun Rəhimov, Cəlilabad Rayon İcra Hakimiyyəti başçısınınKazımabad kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi
Oxşar Xəbərlər
Ceyhun Mirzəyevin yeganə qızı Moskva küçələrində
“Ögey ana”, “Fəryad” kimi məşhur filmlərdə rol alan mərhum aktyor Ceyhun Mirzəyevin qızı Cəmalə Mirzəyeva Moskvada küçədə yaşayır. xeberde.az xəbər verir ki, bu barədə “Bizimləsən” verilişində aparıcı Zaur Baxşəliyev bildirib.”Uzun müddət əvvəl Azərbaycandan gedib. Niyə görə gedib? Küsüb gedib? Ev-eşiyi olan adam niyə bu vəziyyətdədir və qaçır? Orada yaşayan həmyerlilərimiz ona kömək etmək istəsə də qəbul […]
Bu yay axır ki, pul üzü görəcək bürclər – Gözlənilən bolluq gəlir!
2025-ci ilin yay ayları (iyul-avqust) bəzi bürclər üçün maddi baxımdan gözlənilən qapıları açacaq. Uzun müddət gözləyən, zəhmət çəkən, lakin qarşılığını ala bilməyən bu bürclər nəhayət ki, pulun dadını çıxaracaq. Budur bu yay axır ki, pul üzü görəcək 5 əsas bürc: Qız Zəhmətiniz və dəqiqliyiniz bu yayda nəticəsini verəcək. İş dəyişiklikləri, əlavə gəlir və ya yeni […]
Məşhur markanın cipsiləri ilə bağlı XƏBƏRDARLIQ – Təcili YIĞIŞDIRILIR
Dünyaca məşhur çipsi brendinə aid məhsulun “həyat üçün təhlükəli” olması səbəbindən təcili geri çağırılması barədə qərar qəbul edilib. Musavat.com xəbər verir ki, bu barədə “Haberler.com” saytı məlumat yayıb. Məlumatda bildirilir ki, Qida Standartları Agentliyi (FSA) istehlakçılara “Qətiyyən istehlak edilməməlidir” xəbərdarlığı edərək, etiketləmə xətası səbəbindən çipsləri təcili geri çağırıb. “3D Trading” şirkəti tərəfindən satılan “Ruffles Sabor a Jamón Crisps” cipslərində […]



