Bölgə Cəmiyyət Hadisə manset

Kürdəmirdə ölən qadının meyiti palatada gizlədilib? – RƏSMİ AÇIQLAMA

“Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunandan sonra həyatını itirən şəxsin ölüm səbəbini patoloji-anatomik təşrih nəticəsində müəyyənləşdirmək mümkündür”.

xeberde.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) oxu.az-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, 1987-ci il təvəllüdlü (qadın cinsli) şəxs 12 may, saat 16:30-da vəziyyətinin pisləşməsi səbəbilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Təcil tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

“Ona kəskin apendisit və lokalizə olunmuş peritonit diaqnozu təyin olunub. Pasiyent müayinə nəticələri əsasında təyin edilən diaqnoza əsasən təcili appendektomiya əməliyyatına alınıb.

Əməliyyatdan sonra stabil vəziyyətdə palataya yerləşdirilən pasiyentin vəziyyəti mayın 13-ü, saat 08:00 – da qəfil pisləşib. Dərhal reanimasiya tədbirlərinin görülməsinə və həkimlərin səylərinə baxmayaraq ölüm faktı qeydə alınıb”, – deyə məlumatda bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir