Cəmiyyət Təhsil

Sentyabrdan məktəblərdə kağız jurnallardan istifadə dayandırılacaq

Sentyabr ayından etibarən kağız jurnalların istifadəsi dayandırılacaq.

xeberde.az xəbər verir ki, bunu MÜTDA-nın Keyfiyyətə nəzarət və monitorinq sektorunun müdiri Fidan Nəcəfova deyib.

O qeyd edib ki, hazırda 426 məktəb elektron jurnaldan istifadəyə keçib.

“Rəqəmsallaşdırmanın əsas məqsədi kağız daşıyıcılardan istifadəni ləğv etməkdir. “Rəqəmsal məktəb” platforması gözlənilən effekti versə, sentyabr ayından kağız jurnalların istifadəsi dayandırılacaq”, – sektor müdiri əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir