AKTUAL Gündəm manset

Londondakı “Heydərov şirkətləri” bağlanır – “United Enterprises International Limited” LƏĞV OLUNUR

xeberde.az xəbər verir ki, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun oğulları Tale və Nicat Heydərovlar tərəfindən 2008-ci ildə Böyük Britaniyada təsis olunan “United Enterprises International Limited” adlı şirkət ləğv olunmaqdadır. Bu barədə məlumat Yeniavaz.com tərəfindən yayılıb və məsələ ilə bağlı sənədlər də təqdim edilib.

Şirkətin qeydiyyat ünvanı: “10 Lower Thames Street, London, EC3R 6AF”.

Qeyd olunur ki, bu ilin fevral ayında şirkətin ləğvi rəsmi olaraq elan edilib və hazırda rəsmi ləğvetmə prosesi davam edir.

Bu, Heydərov qardaşlarının Londonda bağlanan sonuncu şirkətidir. Bundan əvvəl də onların təsis etdiyi bir neçə kommersiya qurumu fərqli vaxtlarda fəaliyyətini dayandırıb.

Rəsmi sənədlərə əsasən, “United Enterprises International Limited”ə 2023-cü ilin noyabr ayından Emil Sultanov adlı Azərbaycan vətəndaşı rəhbərlik edir. 1985-ci il təvəllüdlü Emil Sultanov yalnız bu şirkətdə deyil, eyni zamanda Azərbaycanda Tale və Nicat Heydərova bağlı olan çoxsaylı şirkətlərin rəhbəri kimi qeyd olunur.

Xatırlatma: 2023-cü ilin noyabr ayında Baş Prokurorluq Emil Sultanovun rəhbərlik etdiyi “Aqroinnova” MMC barəsində cinayət işi açıldığını da açıqlamışdı.

Hazırda “United Enterprises International Limited” şirkətinin ləğvi ilə bağlı hüquqi proseslər davam edir. Bu məsələ həm Azərbaycanda, həm də beynəlxalq iqtisadi dairələrdə diqqətlə izlənməkdədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir