Cəmiyyət Gündəm

Azərbaycanda bu qəzetin çapı dayandırılır – FOTO

“Mədəniyyət” qəzetinin çapı dayandırılıb.

Bu barədə xeberde.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, mətbu orqan bundan sonra fəaliyyətini elektron formatda davam etdirəcək.

Qeyd edək ki, “Mədəniyyət” qəzetinin ilk sayı 1991-ci ilin yanvarın 2-də nəşr olunub. Qəzetin təsisçisi Mədəniyyət Nazirliyidir. Nazirliyin mətbu orqanı kimi nəşrin başlıca vəzifəsi Azərbaycanda mədəniyyət sahəsində həyata keçirilən dövlət siyasətini işıqlandırmaq, bu sahədə görülən işləri ictimaiyyətə çatdırmaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir