Mayın 28-də Liderlərin – Rəcəb Tayyib Ərdoğanın və İlham Əliyevin Laçın Beynəlxalq Hava Limanının açılışında iştirakı, həmçinin Türkiyə-Azərbaycan-Pakistan üçtərəfli Zirvə görüşü Azərbaycanın ərazi bütövlüyünün bərpası və regionda sabitliyin təmin olunması baxımından simvolik əhəmiyyət daşıyır. Zirvə görüşündə regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin gücləndirilməsi məsələləri müzakirə olunub. Zirvə görüşündə Prezident İlham Əliyev nitqinə Azərbaycan Xalq […]
ABŞ Prezidenti Donald Tramp jurnalistlər tərəfindən kameraya çəkilib. xeberde.az xəbər verir ki, onlar dövlət başçısının boynunda qəribə qırmızı ləkəni lentə alıblar. Bu barədə Telegram kanalı “Clash Report” bildirib. “Bu gün Trampın boynunda səpgiyə bənzər qırmızı ləkə nəzərə çarpırdı”, – deyə məlumatda qeyd edilir. Ağ Evin açıqlamasına görə, Trampın boynundakı qızartı onun istifadə etdiyi dəri kremindən qaynaqlanıb.
Prezident İlham Əliyevin cari ilin 16 aprel tarixində Gürcüstan Prezidenti Mixail Kavelaşvilinin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatda qeyd olunur ki, Azərbaycan ilə Gürcüstanın eyni coğrafi mövqedə yerləşməsi çox mühüm amildir. Bu amil Azərbaycan-Gürcüstan münasibətlərinin ümumi dinamikasına mühüm təsir göstərir və eyni zamanda, onların gələcək inkişaf perspektivlərini, mümkün problemlərin və məhdudiyyətlərin formatını […]